Ukrayna Moskvanı vurmağa başladı - Merdən TƏCİLİ AÇIQLAMA
Mediaxeberleri.Az-ın xəbərinə görə, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri pilotsuz uçan aparatdan istifadə edərək Rusiya paytaxtını vurmağa cəhd etsələr də, pilotsuz təyyarə vurulub. Dağıntıların olduğu yerdə təcili yardım xidmətləri işləyir. Bundan əvvəl isə Moskva yaxınlığında üç PUA-nın hücumu dəf edilib. Bu gün Rusiya Federasiyasının digər 3 bölgəsi ( Bryansk, Kaluqa və Tula) də hücuma məruz qalıb. Rusiya merinin açıqlamasından bir müddət əvvəl Şeremetyevo və Vnukovo hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Bu barədə "RosaviasiyaÜnın mətbuat xidməti məlumat yayıb. Ukrayna Rusiya paytaxtı Moskvaya növbəti hücumunu reallaşdırıb.