Çaxalyan da həbs olundu
"KAMK" təşəbbüsünün lideri Vaaqn Çaxalyan iki ay müddətinə həbs olunub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə onun oğlu Ruben Çaxalyan sosial şəbəkədə məlumat verib. Çaxalyan "Nubarşen" cəzaçəkmə müəssisəsinə köçürülüb. O, “Müqəddəs mübarizə” hərəkatı çərçivəsində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Həmin iş üzrə 26 iyun tarixində "terror aktı hazırlamaq və hakimiyyəti zorla ələ keçirməyə cəhd" ittihamı ilə 16 nəfər həbs olunub. Qeyd edək ki, 25 iyunda baş tutan genişmiqyaslı axtarış və saxlamalar nəticəsində arxiyepiskop Baqrat Qalstanyan və onun bir neçə tərəfdarı saxlanılıb. Xatırladaq ki, Çaxalyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.
Oxunub: 58
Xəbəri paylaş
Paylaş: