Kanada Rusiyanın dondurulmiş aktivlərindən Kiyevə milyardlarla dollar verib
Ukrayna Kanadadan Rusiyanın dondurulmuş aktivlərindən 1.7 milyard dollar təminatlı gəlir əldə edib. Mediaxeberleri.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib. Onun sözlərinə görə, vəsait ERA təşəbbüsü (Ukrayna üçün fövqəladə gəlirlərin sürətləndirilməsi proqramı - red.) çərçivəsində köçürülüb. Qeyd edək ki, ilin əvvəlindən Kiyev Rusiya aktivlərindən əldə edilən gəlir sayəsində 17.6 milyard dollar alıb. Ukrayna martın 13-də Kanadadan 1.7 milyard dollarlıq ilk tranşı almışdı.
Oxunub: 66
Xəbəri paylaş
Paylaş: