Ağstafada qəza olub, xəsarət alan var - FOTOLAR
Mediaxeberleri.Az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Oxunub: 360
Xəbəri paylaş
Paylaş: