Fərid Qayıbov: "Cənub zonasında boks ənənələri var"
"Bu gün bizim üçün növbəti idman bayramıdır". Mediaxeberleri.Az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. O, Cənub Regional Boks Mərkəzinin Lənkəranda istifadəyə verilməsinin sevindirici məqam olduğunu bildirib: "Ümumilikdə bu zonada boks ənənələri var. Buradan dünya çempionu çıxıb. Düşünürəm ki, çempionların sayı daha da artacaq. Zalda həm qızlar, həm də oğlanlar məşq edirlər. Məhz buradan gələcəkdə ölkə çempionu və beynəlxalq arenada bizi layiqincə təmsil edəcək idmançılar çıxacaqlar". Nazir bütün idman federasiyaları ilə sıx əməkdaşlıq etdiklərini vurğulayıb: "Dövlət başçımız İlham Əliyevin də bununla bağlı göstərişləri var. Təkcə boks deyil, digər idman növlərini də regionlarda inkişaf etdirib, yeni idman qurğuları inşa etdirmək istəyirik".