Sabirabaddakı DƏHŞƏTLİ YANĞINDA meyiti tapılan dörd nəfər bir ailənin üzvləridir - ADLAR
Sabirabad rayonunun Muğan Gəncəli kəndində bu gecə fərdi yaşayış evində baş verən yanğın zamanı həlak olan şəxslərin kimliyi məlum olub. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, onlar bir ailənin üzvləridir - 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, 2002-ci il təvəllüdlü Səfalı Rövşən qızı İmanova, 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmanov və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmanovadır. Yanğın hadisəsi gecə saatlarında baş verib. T.İmanov fərdi təsərrüfatla məşğul olub. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Oxunub: 504
Xəbəri paylaş
Paylaş: