Mediaxeberleri.az
    
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”

Son xəbərlər :
  • Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
  • Sabah hava necə olacaq?
  • Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ölümünə görə saxlanıldı
  • Rusiyadan minlərlə adam Azərbaycana gəldi - Səbəb bu imiş
  • Formula-1: Üçüncü sərbəst yürüş başladı
  • Hakimin prokuror olmuş atası vəfat etdi
  • Neft 105 dolları keçdi
  • Bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
  • UEFA Millətlər Liqası: "Ölüm qrupu"nda Türkiyə Fransanı qəbul edir
  • "Bəlkə də mən sənin üçün heç vaxt tam bir qız ola bilmədim" - Rəqsanə
  • Ukraynada azərbaycanlı ailəni sarsıdan faciə: Polis mayoru dron zərbəsinin qurbanı oldu - VİDEO
  • Azərbaycan və Ermənistan diplomatları Nyu-Yorkda yenidən görüşdülər
  • Ceyhun Bayramov İƏT-ə çağırış etdi - FOTO
  • “Qərarı vermək ABŞ-nin işidir” – Pezeşkian müharibənin başa çatdırılması ilə bağlı
  • Üç BÜRCƏ şad xəbər
  • Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb
  • Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər
  • Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
  • Azərbaycan boksçusu Avropa çempionu olub
  • Szinpindən süni intellektlə bağlı ABŞ-a çağırış...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

  • Tarix: 4-06-2025, 08:19

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.

Mediaxeberleri.Az xatırladır ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili 2021-сi il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.

Nəticədə çəkiliş qrupunun iki üzvü – S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb.

Qeyd edək ki, M.İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq informasiya müharibəsində ön sıralarda olub. Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. Həmin ilin oktyabr ayının sonlarında qardaşı ilə birlikdə Gədəbəy rayonuna aparılıb. 1989-cu il dekabrın 30-dək bu rayonda yaşayıb. Burada N. K. Krupskaya adına Gədəbəy qəsəbə orta məktəbdə (indiki İlham Əliyev adına Gədəbəy şəhər 1 saylı tam orta məktəb) oxuyub. Üç aydan sonra Bakıya – Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki yeni evlərinə qayıdıb və 100 nömrəli orta məktəbin 1-ci sinfində təhsilini davam etdirib. 1999-cu ildə orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.

2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın bir zaman ərzində M.İbrahimov əsgər ömrü yaşayıb. Ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. Ömrünün sonuna – şəhidlik zirvəsinə ucalanadək AZƏRTAC-da işləyib. İşlədiyi müddətdə AZƏRTAC-da dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. O, həmçinin “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə də təltif edilib.

Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə keçirdiyi “Azərbaycan Ordusunun 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsində 1-ci yerə layiq görülüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 144 illik yubileyi münasibətilə ictimai-təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının profilaktikası tədbirlərinin təbliğindəki xidmətlərinə görə təltif olunub. Dəfələrlə bir çox yazı müsabiqələrinin qalibi olan Məhərrəm hərbi jurnalistlər üçün təşkil edilən təlimlərdə fərqləndiyinə, eləcə də çalışdığı qurumların fəaliyyətinin işıqlandırılmasında yüksək peşəkarlıq göstərdiyinə görə diplom, fəxri fərman və plaketlərə layiq görülüb.

M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda,valideynlərinin yanında dəfn edilib.

Ailəli idi, iki övladı var.

S.Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı şəhərində anadan olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Bir övladı olan S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra S.Abışov Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı sərəncamla “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Oxunub: 611
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 13:26 | Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
    Bu gün, 13:24 | Sabah hava necə olacaq?
    Bu gün, 13:06 | Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ölümünə görə saxlanıldı
    Bu gün, 12:59 | Rusiyadan minlərlə adam Azərbaycana gəldi - Səbəb bu imiş
    Bu gün, 12:58 | Formula-1: Üçüncü sərbəst yürüş başladı
    Bu gün, 09:40 | Hakimin prokuror olmuş atası vəfat etdi
    Bu gün, 09:35 | Neft 105 dolları keçdi
    Bu gün, 09:25 | Bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
    Bu gün, 09:09 | UEFA Millətlər Liqası: "Ölüm qrupu"nda Türkiyə Fransanı qəbul edir
    Bu gün, 08:56 | "Bəlkə də mən sənin üçün heç vaxt tam bir qız ola bilmədim" - Rəqsanə
    Bu gün, 08:40 | Ukraynada azərbaycanlı ailəni sarsıdan faciə: Polis mayoru dron zərbəsinin qurbanı oldu - VİDEO
    Bu gün, 08:20 | Azərbaycan və Ermənistan diplomatları Nyu-Yorkda yenidən görüşdülər
    Bu gün, 07:53 | Ceyhun Bayramov İƏT-ə çağırış etdi - FOTO
    Bu gün, 07:51 | “Qərarı vermək ABŞ-nin işidir” – Pezeşkian müharibənin başa çatdırılması ilə bağlı
    Bu gün, 07:49 | Üç BÜRCƏ şad xəbər
    Bu gün, 07:48 | Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb
    Bu gün, 07:47 | Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər
    Dünən, 22:43 | Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
    Dünən, 22:03 | Azərbaycan boksçusu Avropa çempionu olub
    Dünən, 21:29 | Szinpindən süni intellektlə bağlı ABŞ-a çağırış...
    Dünən, 21:06 | Ödəniş kartları və elektron pulla bağlı AÇIQLAMA
    Dünən, 21:00 | Metrodan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
    Dünən, 20:58 | Xəzərdə təlimlər zamanı 12 hərbçi öldü - Video
    Dünən, 20:56 | İş adamı Qoşqar Məmişova "stop" qoyuldu
    Dünən, 18:51 | Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ - VİDEO
    Dünən, 18:37 | Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi
    Dünən, 18:35 | Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Dünən, 18:32 | Prezident qanunu imzalamadı, MM-ə qaytardı - Səbəb
    Dünən, 16:20 | Prezident icra başçısını vəzifəsindən azad etdi
    Dünən, 15:43 | Qazaxda açıq ərazidə yanğın olub
    Dünən, 13:50 | Əbilkənd: Adı dəyişdirilmiş, əhalisi deportasiya edilmiş Azərbaycan yurdu - FOTO/VİDEO
    Dünən, 13:47 | Onun “Əməkdar jurnalist” adı ilə təltif edilməsinə ehtiyac var
    Dünən, 13:33 | Sabah Bakıda yağış, bölgələrdə leysan və dolu gözlənilir
    Dünən, 12:46 | Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim... - Ayyət Əhməd yazır
    Dünən, 10:07 | Əli Nağıyev: "Ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir"
    Dünən, 09:55 | MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    Dünən, 09:50 | İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü
    Dünən, 09:40 | Dünyanı gözləyən təhlükə: El Ninyo yüzminlərlə insanın ölümünə səbəb ola bilər
    Dünən, 08:29 | Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
    Dünən, 08:27 | 30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
    Dünən, 08:25 | “Bitcoin”in qiyməti 84 min dollara düşüb
    Dünən, 08:23 | Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
    Dünən, 08:20 | TRIPP Azərbaycanın qərb rayonlarını Naxçıvanla necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO
    Dünən, 07:56 | Bu işlərdə çalışanların ödündə daş yaranır
    Dünən, 07:55 | Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi
    23-09-2026, 22:10 | Azərbaycan millisi Tacikistana qalib gəldi
    23-09-2026, 21:29 | AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi
    23-09-2026, 21:20 | Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    23-09-2026, 20:16 | Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT
    23-09-2026, 19:08 | Uşaqları şəhid etdilər, bizə terrorçu deyirlər - Pezeşkian
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.