Albina Zahiri Dubayda iş birliyi quracaq
Bakıda yeni şirkət fəaliyyətə başlayıb, yeni yaradılan şirkət “A Premium Copany” adlanır. “A Premium Copany” şirkəti bu gün Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizdə səfərdə olan iş adamı Səid Məhəmmədi ilə əməkdaşlıq müqaviləsi imzayacaqlar. Yeni yaradılan “A Premium Company” şirkəti Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı işlərin görülməsi və iki dövlət arasında iqtisadiyyatın güclənməsi barədə işlər görəcək. Şirkətin əsas məqsədi, iki dövlət arasında əhalinin sosial durumunun yaxşılaşdırılması və iki dövlətin qardaşlıq əlaqələrinin genişləndirilməsidir. “A Premium Company” şirkəti əsas iş prinsiplərini gənc kadrların işlə təmin edilməsi üzərində qurub. Şirkətin demək olar ki, bütün əməkdaşları gənc kadrlardan təşkil olunub. İyun ayının 15-də şirkətin böyük təqdimatı keçiriləcək. Qeyd edək ki, şirkətin direktoru Albina Zahiri, müavinlər isə Rauf Vəliyev və Aytən Məmmədova, mətbuat katibi isə Təbriz Məhərrəmoğlu təyin edildilər.Əməkdaşlıq kontraktının uğurlu imzalanacağı gözlənilir. Onuda əlavə edək ki, “A Premimum Company” şirkətinin baş ofisi Azure biznes mərkəzində yerləşir. “Bildiyimiz kimi ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar keçirilir. Bu islahatlar sırasında əhalinin sosial durumunun daha da yaxşılaşdırılması mühüm yer tutur. Biz bu cür əhəmiyyətli layihələrin həyata keçirilməsində bir vətəndaş kimi Dövlətin yanında olmalıyıq. Bizim şirkətin əsas istiqamətlərindən biri də məhz budur. Bizim şirkət yeni yaranıb. Fəaliyət istiqamətimiz müxtəlif sahələr üzrə ixtisaslı kadrların seçilməsi, hazırlanması və şirkətlərə yönləndirilməsdir.