Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında təbii qaz üzrə yeni layihələr üçün böyük potensial var
Türkiyə və Azərbaycan enerji sektorunda bir sıra uğurlar əldə edib. APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminə ünvanladığı məktubda bildirib. Prezident Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qaz sahəsində yeni layihələr üçün böyük potensialın olduğunu vurğulayıb. "Mart ayında açılışını etdiyimiz Iğdır-Naxçıvan qaz kəməri illərə və uğurlara dayanan enerji əməkdaşlığımızın yeni nümunəsini təşkil edir. Qaz kəmərinin fəaliyyətə başlaması Naxçıvanın enerji təhlükəsizliyini qüvvətləndirib", - Türkiyə Prezidenti qeyd edib.
Oxunub: 255
Xəbəri paylaş
Paylaş: