Mediaxeberleri.az
    
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR

Son xəbərlər :
  • Ailəsi Əvəz Zeynallının II Fəxri Xiyabanda dəfn olunmasını istəyir
  • "Tənək dolması yemək olmaz, QATIQLA YEMƏK İSƏ CİNAYƏTDİR" - Həkimdən ÇAĞIRIŞ
  • İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib
  • Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...
  • Həyat yoldaşının gözünü "göyərtdi" - 1 il müddətinə məhkum edildi
  • “Fənərbağça” bu tarixdə Azərbaycana gələcək
  • Əvəz Zeynallının son mesajı...
  • Marketlərdə toyuq filesi niyə yoxdur?
  • Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
  • 24 yaşlı gəlinin ölümünə səbəb olan həkimə hökm oxundu
  • Vahid Ələkbərov "Forbes" reytinqində BİRİNCİ OLDU
  • Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
  • Hava şəraiti ilə bağlı xəbərdarlıq: Yağış, qar...
  • Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
  • Lamiyə insanları necə aldadıb? - "AzTV-də işləyirəm", deyibmiş...
  • Jurnalist Əvəz Zeynallı vəfat etdi
  • Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb
  • Kiyevdə ölən Azərbaycan vətəndaşına görə Zelenski başsağlığı verdi
  • Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
  • Bakıda tanınmış notariusun FƏALİYYƏTİNƏ XİTAM VERİLDİ - ƏMR
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Gəncədə sələmə pul verən ailənin evinə silahlı basqın – TƏFƏRRÜAT

  • Tarix: 2-06-2025, 12:10

Gəncədə yaşayış evinə silahlı basqın etməkdə ittiham olunan 1968-ci il təvəllüdlü Yaşar Hüseynov və 1979-cu il təvəllüdlü Seymur Məmmədovun cinayət işinə Ali Məhkəmədə yekun vurulub.

Mediaxeberleri.Az Teleqraf.az-a istinadən xəbər verir ki, Yaşar özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Seymur ilə birlikdə 19 mart 2022-ci ildə, saat 21 radələrində Xəyyam və onun ailə üzvlərinin yaşadığı evə basqın ediblər.

Hadisə baş verən gün Yaşar və Seymur sonuncunun "Hyundai Sonata" markalı avtomobili ilə zərərçəkmişlərin yaşadığı ünvanın yaxınlığına gəliblər. Avtomobili təxminən 1-2 kilometr aralıda saxladıqdan sonra piyada hərəkət ediblər və qapının açıq olmasından istifadə edərək mənzilə daxil olublar.

Onlar odlu silah olan "Churchill" modelli tüfəngi nümayiş etdirib, zərərçəkmişləri hədələyiblər. Müqavimətlə üzləşdikdə isə onlara bıçaqla xəsarət yetiriblər.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

"Bu cinayəti törətməmişəm"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar Hüseynov özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, heç kimə qarşı quldurluq cinayət əməli törətməyib və həmin cinayət hadisəsi ilə onun heç bir əlaqəsi yoxdur:

"19 mart 2022-ci ildə şəhər ərazisindəki hotellərdən birində olarkən Seymur yanıma gəldi. Seymur sərxoş vəziyyətdə olduğu üçün onu özümə məxsus "Hyundai Sonata" markalı avtomobillə yaşadığı yerə qədər yox, "Dubay bazarı"nın yaxınlığına kimi apardım. Mən Eldar adlı şəxslə görüşməli idim. Seymura dedim ki, "Dubay bazarı"na qədər mənimlə gedə bilər. Seymur "Dubay bazarı"nın yaxınlığında maşından düşdü. Mən həmin yerdə tanışım Eldar adlı şəxslə 5-10 dəqiqə söhbət etdim. Daha sonra oradan hotelə qayıtdım. 15-20 dəqiqədən sonra Seymur yenidən hotelə, mənim yanıma gəldi və sənədlərini maşınımda unutduğunu dedi. Sonra Seymuru hotelin işçisi Şahinlə birlikdə, mənim avtomobilim ilə yaşadığı evə apardıq. Daha sonra hotelə geri qayıtdım. Hoteldə olarkən gecə vaxtı yaşadığım otağın qapısı döyüldü. Qapını açan kimi mülki geyimdə olan polis əməkdaşları məni şöbəyə apardılar".

"Pula ehtiyacım olduğunu bildirdim"

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı cinayəti etiraf etməsi ilə bağlı ifadəsi elan olunub. Həmin ifadədən məlum olub ki, 3 mart 2022-ci ildən Gəncədəki hoteldə yaşayıb: "Mən qeydiyyatda olduğum və əvvəlcədən yaşadığım evdən çıxdım. Hotelə gəlməyimə səbəb keçmiş arvadımla aramızda yaranmış mübahisə olub. Seymurla 2022-ci ilin yanvar ayının sonlarından tanışam. Onun xalası qızı Oksana ilə qeyri-rəsmi münasibətlərimiz olub. Buna görə Seymur mənimlə görüşərək tanış olmaq istədi. Aramızda bu səbəbdən münasibət yarandı. Mənə məxsus iki ədəd mülki ov silahı olub. Həmin silahları da evdən çıxan zaman özümlə götürmüşəm və hotelə gətirmişəm. Həmin silahları hotelin anbarına saxlanca vermişəm. Seymur tanışlıqdan sonra tez-tez qaldığım hotelə - yanıma gəlib. Biz tez-tez oturaraq çay içib, söhbət etmişik. Seymurla söhbət zamanı ona borclarımın olduğunu bildirmişəm".

"Əldə etdiyi puldan mənə də verəcəyini dedi"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin ilin martın 17-də yaşadığı hoteldə Seymur söhbət əsnasında quldurluğa görə 12 il həbsdə yatdığını və tanıdığı bir yerdən pul əldə edə biləcəyini deyib: "Mən əvvəlcə Seymurun sözləri ilə razı olmaq istəmədiyimdən ümumi sözlərlə onu yola verdim. Fikirləşdim ki, Seymurun danışdıqları sadəcə söz olaraq qalacaq. Bundan sonra Bakı şəhərinə getdim. Bakı şəhərində olan zaman Seymur zəng etdi, mənimlə görüşmək istədiyini dedi. Mən də Seymura Bakı şəhərində olduğumu, həmin gün axşam saatlarında qayıdacağımı dedim".

"Qışqırdı ki, Famil hanı? Pul ver, onun borcu var"

Yaşarın bildirdiyinə görə, martın 18-də, axşam saatlarında Bakı şəhərindən qaldığı hotelə qayıdıb, həmin gün Seymur ona zəng etməyib və hotelə gəlməyib: "Martın 19-da, səhər saatlarında Seymur zəng edərək hotelə gəldi. Biz çay içib söhbət etdik. Seymur günorta saatlarında dayısı oğlunun ad günü olduğunu dedi və ora getdi. Həmin gün saat 19-20 radələrində Seymur yenidən hotelə gəldi və dedi ki, gedək, orada pul var, həmin pulu götürüm, sonra sənə də kömək edərəm. Seymur həmin vaxt özü ilə bir ədəd fəhlə əlcəyi və skoç gətirmişdi. Seymura oradan götürəcəyi pulların mənə bəs etməyəcəyini dedim. Həmin vaxt Seymur məndə maska olub-olmadığını soruşdu. Mən də çantamda olan iki ədəd təzə maskanı çıxardım. Seymur mənim iki ədəd silahımın olduğunu əvvəldən bildiyindən onları götürməyimi istədi. Hotelin anbarında saxladığım silahı patronsuz halda özümlə götürdüm. Seymurla maşında xeyli yol gedib dəmir yolunun altında xatırlamadığım yerdə saxladım. Ora quldurluq etmək istədiyimiz evdən bir-iki kilometr aralıda idi.

Seymurun sözü ilə maskalandıq. Özümüzü tanınmaz hala salıb pul götürəcəyimiz evin yanına gəldik. Həmin evin yanına çatdıqda maskanı aşağı saldım. Əvvəlcə Seymur, ardınca mən evin həyətinə daxil olduq. Bu zaman bir nəfər cavan oğlan qabağıma çıxdı. Seymur da həmin oğlanı tutaraq yerə yıxdı və qışqırdı ki, Famil hanı? Pul ver, onun borcu var. Bu zaman yan otaqdan Xəyyamçıxdı və üzərimə gəldi. Mən bunu görərək geriyə çəkildim. Bundan sonra həmin şəxs Seymurun üzərinə tərəf getdi və onlar əlbəyaxa oldular. Yaşlı qadın içəri keçərək Seymurun üzərinə getdi. Tüfəngi əlimdə tutdum və onlar geriyə çəkildilər. Bu zaman Xəyyam Seymurun əlindən çıxdı və çölə tərəf qaçdı. Seymur da onun arxasınca getdi. Daha sonra Seymur geriyə qayıdaraq mənə getməli olduğumuzu dedi. Biz birlikdə gəldiyimiz maşınla hotelə qayıtdıq".

"Peşman olmuşam"

Təqsirləndirilən şəxs bildirib ki, hadisəni törətmək üçün evə daxil olan zaman Seymurun əlində bıçaq olub: "Həmin bıçağın əlamətlərini dəqiq bilməmişəm. Ancaq bıçağın tiyəsini görmüşəm. Bıçağın tiyəsi parıldayıb. Seymur həmin bıçaqla orada şəxslərə xəsarət yetirib. Həmin hadisə haqqında heç kəsin heç bir məlumatı olmayıb. Oraya getməkdə Seymurun məqsədi pul ələ keçirmək olub. Mən etdiyim əməldən peşman olmuşam".

"Mənim əl izlərimi götürdülər"

Digər təqsirləndirilən Seymur Məmmədov da özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2022-ci il martın 19-da xalası oğlunun ad günündə olub: "Təxminən saat səkkizdə Yaşar zəng etdi ki, köhnə paltarını və yeməyini hotelə gətirim. Mən Yaşarın yaşadığı hotelə gəldim, paltarı və yeməyi ona verdim. Həmin vaxt Yaşar içkili idi. Yaşardan məni evə aparmasını xahiş etdim. Yaşar maşını ilə məni "Dubay bazarı"nın yaxınlığına apardı. Sonradan bildim ki, mənim sürücülük vəsiqəm və digər əşyalarım Yaşarın maşınında qalıb. Mən sənədlərimi götürmək üçün yenidən həmin hotelin qabağına gəldim. Yaşar ilə orada görüşdüm və əşyalarımı götürdüm. Yaşar Şahin adlı şəxslə birlikdə məni yaşadığım evə düşürdülər. Bir gün sonra polis şöbəsindən gələrək dedilər ki, qonşuluqda cinayət hadisəsi baş verib. Əvvəllər məhkum olunduğuma görə məni şöbəyə çağırırlar. Mən də polis şöbəsinə getdim. Polis şöbəsində mənim əl izlərimi götürdülər, başıma papaq qoydular ki, həmin papaq hadisə yerində düşüb. Daha sonra isə mənə gedə biləcəyimi dedilər. Təxminən bir həftə sonra məni yenə də polis şöbəsinə çağırdılar".

"Pul olsaydı, vəziyyətimizi düzəldərdik"

Seymur Məmmədov məhkəmədə törətdiyi əməli etiraf etməsə də, ibtidai istintaq zamanı etirafedici ifadə verib. O, həmin ifadəsində göstərib ki, zərərçəkmiş şəxsləri təxminən 7-8 aydır tanıyır: "Həmin şəxslər yaşadığım evin qonşuluğundan ev alıblar və həmin ərazidə mağaza işlədirlər. Onların sələmə pul verdiklərini də eşitmişdim. Təqsirləndirilən Yaşarı isə 2022-ci ilin yanvar ayından tanımışam. Yaşarın mənim xalam qızı Oksana ilə münasibətləri olub. Buna görə də Yaşarla tanış olmuşam, münasibət qurmuşam. Yaşar öz ailəsi ilə aralarında olan münasibətin pisləşməsi səbəbindən Gəncə şəhərində yerləşən hoteldə qalıb. Mən də tez-tez Yaşarın yanına gedib-gəlmişəm. Yaşar çoxlu borclarının olduğunu dedi. O, pul axtarırdı. Mənim də sosial vəziyyətim o qədər də yaxşı deyildi. Yaşara pul olsaydı, vəziyyətimizi düzəldərdik demişəm".

"Papağımı itirdiyimi bildim"

Seymur Məmmədovun ifadəsinə görə, 17 mart 2022-ci ildə Yaşarla hoteldə söhbət edən zaman soyğunçuluğa görə 12 il həbsdə yatdığını və tanıdğı bir yerdən pul götürmək istədiyini deyib: "Yaşar pulları götürmək üçün maska və silahın vacibliyini dedi. Martın 18-də Yaşara zəng etdim, yanına getmək istəyən zaman Yaşar Gəncə şəhərində olmadığını, axşam gələcəyini dedi. Ertəsi gün səhər saatlarında Yaşara zəng edib hotelə getdim. Birlikdə çay içib söhbət etdik. Martın 19-da, saat təxminən 20 radələrində yenidən hotelə Yaşarın yanına qayıtdım. Bundan sonra Yaşarla əvvəlcədən razılaşdığımız kimi, maskalandıq, silahı götürüm maşınla Gəncədə "türklər qəsəbəsi" adlanan yerdə dəmir yolunun yaxınlığında saxladım. Bundan sonra göz nahiyəmə skoç çəkdim, papaq taxdım, fəhlə əlcəyi geyindim. Yaşar da qara rəngli əlcəyi taxdı, qara rəngli maska geyindi. Birlikdə piyada basqın edəcəyimiz evə getdik. Əvvəlcə mən həyətə daxil oldum. Evin qapısını açıb içəri girdim. Bu zaman Ramal qarşıma çıxdı. Orada Ramalın yaxasından tutdum və dizi üstə yerə yıxdım. Yaşar da əlindəki silahı ona tuşlayaraq "tərpənmə, çök aşağı" deyə qışqırdı. Bu zaman digər otaqdan Xəyyam çıxdı. Mən Xəyyamı qorxutmaq üçün bıçaqla onun qulaq və baş nahiyəsinə bir neçə zərbə vurdum. Bu zaman Xəyyamın anası Xurşid gəldi. Xurşid də mənimlə əlbəyaxa olmağa başladı. Onu da qorxutmaq üçün bıçaqla qol və ağzından vurdum. Bu zaman Xəyyam əlimizdən çıxdı və həyətə qaçmağa başladı. Mən də Xəyyamın arxasınca çıxdım. Xəyyamın qışqırdığını gördüm və geri qayıtdım. Yaşara getməli olduğumuzu dedim. Bundan sonra gəldiyimiz yol ilə geriyə qayıtdım. Hotelə çatdıqda papağımı itirdiyimi bildim".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaşar Hüseynov 8 il 6 ay, Seymur Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hər iki təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçilər hər iki təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunmayıb.

Bu qərardan narazı qalan müdafiəçilər Ali Məhkəməyə müraciət ediblər. Kassasiya şikayətlərinə Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb.

Yuxarı instansiya məhkəməsində işə baxan hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayətlər təmin olunmayıb.


Oxunub: 689
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:22 | Ailəsi Əvəz Zeynallının II Fəxri Xiyabanda dəfn olunmasını istəyir
    Bu gün, 16:20 | "Tənək dolması yemək olmaz, QATIQLA YEMƏK İSƏ CİNAYƏTDİR" - Həkimdən ÇAĞIRIŞ
    Bu gün, 15:38 | İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    Bu gün, 15:32 | Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...
    Bu gün, 15:26 | Həyat yoldaşının gözünü "göyərtdi" - 1 il müddətinə məhkum edildi
    Bu gün, 15:25 | “Fənərbağça” bu tarixdə Azərbaycana gələcək
    Bu gün, 14:50 | Əvəz Zeynallının son mesajı...
    Bu gün, 14:49 | Marketlərdə toyuq filesi niyə yoxdur?
    Bu gün, 14:17 | Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
    Bu gün, 14:14 | 24 yaşlı gəlinin ölümünə səbəb olan həkimə hökm oxundu
    Bu gün, 14:11 | Vahid Ələkbərov "Forbes" reytinqində BİRİNCİ OLDU
    Bu gün, 14:05 | Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
    Bu gün, 14:01 | Hava şəraiti ilə bağlı xəbərdarlıq: Yağış, qar...
    Bu gün, 13:56 | Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
    Bu gün, 13:55 | Lamiyə insanları necə aldadıb? - "AzTV-də işləyirəm", deyibmiş...
    Bu gün, 13:35 | Jurnalist Əvəz Zeynallı vəfat etdi
    Bu gün, 12:31 | Kamran Əliyev: Hərbi və ağır cinayətlərin sayı azalıb
    Bu gün, 11:56 | Kiyevdə ölən Azərbaycan vətəndaşına görə Zelenski başsağlığı verdi
    Bu gün, 11:12 | Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
    Bu gün, 11:04 | Bakıda tanınmış notariusun FƏALİYYƏTİNƏ XİTAM VERİLDİ - ƏMR
    Bu gün, 10:53 | Ermənistan ordusunda intihar dalğası - ŞOK RƏQƏMLƏR
    Bu gün, 10:50 | Göygöldə sənədsiz ev söküldü - VİDEO
    Bu gün, 10:47 | Bacısından Qənirə Paşayeva ilə bağlı təsirli paylaşım
    Bu gün, 10:44 | Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilir
    Bu gün, 10:43 | Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
    Bu gün, 10:41 | Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM
    Bu gün, 10:26 | Taleh Qaraşovun başçı olduğu Lənkəran İcra Hakimiyyətindən 10 manatlıq şirkətət 2 milyon köçürülür
    Bu gün, 10:25 | Meloni İlham Əliyevə təşəkkür etdi
    Bu gün, 10:20 | Qənirə Paşayevanın vəfatından 3 il ötür
    Bu gün, 10:18 | Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
    Bu gün, 10:16 | Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu
    Bu gün, 10:04 | Bərdədə minik avtomobili eşşək arabası ilə toqquşdu: Ölən var
    Bu gün, 09:57 | Sülh müqaviləsi zəruridir, amma yetərli deyil - AKTUAL
    Bu gün, 09:52 | Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfərimizin qəhrəmanlarını ehtiramla yad edib - FOTO
    Bu gün, 09:50 | Millətlər Liqası: Türkiyə İtaliyaya qarşı
    Bu gün, 09:46 | Neft yenidən bahalaşdı
    Bu gün, 09:44 | Əhali artır, amma uşaqların sayı azalır: demoqrafik problem - BELƏ DAVAM EDƏRSƏ...
    Bu gün, 07:58 | Xaçmazda ağır qəza: 9 nəfər xəsarət aldı
    Bu gün, 07:34 | Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü - FOTO
    Dünən, 22:43 | Soyuq silahlarınızı cibinizə qoyun, əfəndilər! - Akif Aşırlının YAZISI
    Dünən, 22:18 | "Hər şey Sizdən başladı, cənab General" - Polad Həşimovun xanımı
    Dünən, 22:12 | Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
    Dünən, 21:57 | "Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO
    Dünən, 21:33 | Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO
    Dünən, 18:54 | UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - VİDEO
    Dünən, 17:52 | Millətlər Liqası: Yığmamız Litva ilə üz-üzə
    Dünən, 17:50 | Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA
    Dünən, 17:48 | Rəsul Quliyevin qızı: “Prezident İlham Əliyev olmasaydı, bütöv Azərbaycan ola bilməzdik”
    Dünən, 17:24 | Bakıya gəlmək istəyən erməni tankları - VİDEO
    Dünən, 16:47 | Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.