Şabranda yük maşını dirəyə çırpıldı: Xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Şabranda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Bu barədə Mediaxeberleri.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "İyunun 1-i saat 00:20-də Şabran rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) dəqiqləşdirilməmiş kəllə daxili travma, başın alın təpə nahiyyəsinin kəsilmiş yarası, 1975-ci il təvəllüdlü şəxs (kişi cinsli) dəqiqləşdirilməmiş kəllədaxili travma, burun nahiyəsinin sıyrılmış yarası, sağ çiyin nahiəsinin əzilməsi, sağ baldırın orta 1/3-nin əzilməsi diaqnozları ilə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. 1990-cı il təvəllüdlü şəxs isə (kişi cinsli) başın alın təpə nahiyəsinin cırılmış yarası, sağ çiyin nahiyəsinin əzilməsi diaqnozları ilə Cərrahiyyə şöbəsinə yerləşdirib. Hər üç şəxsin vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda qeyd olunub. Aygün Mirakif Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə rayonun Zeyvə kəndində baş verib. 1980-cı il təvəllüdlü Özbəy Əmirhəmzəyev idarə etdiyi QAZ-53 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü yerində ölüb, avtomaşında olan sərnişinlər - 2011-ci il təvəllüdlü Tərlan Balaqədəşov, 1975-ci il təvəllüdlü Gülmalı Balaqədəşov və 1990-cı il təvəllüdlü Həmid Şıxəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanıb.