Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində məhkum öldü
Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində məhkum ölüb. Bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Bildirilib ki, iyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun 02.06.2025-ci il tarixdə aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib. Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb. Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxunub: 219
Xəbəri paylaş
Paylaş: