"Sabah" Azərbaycan Kubokunun qalibi olub
Bu gün Azərbaycan Kubokunda 2024/2025 mövsümünə yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, final matçında turnirin son qalibi "Qarabağ"la "Sabah" üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcən qarşılaşmanın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda fərqlənən "Sabah" tarixi ərzində ilk dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan Kuboku, final 31 may (şənbə) “Qarabağ” – “Sabah” 2:3 Qollar: Kadi Borges 45+2, Con İrasabal, 68 (avtoqol) - Pavol Safranko 35(p), Kahim Parris, 90+7, Tellur Mütəllimov, 120 Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov VAR: Nicat İsmayıllı AVAR: Fərid Hacıyev Ehtiyat köməkçi hakim: Cəmil Quliyev Hakim-inspektor: Gülağa Cabarov AFFA nümayəndəsi: Elçin Məmmədov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu