PSJ “İnter”i darmadağın edərək Çempionlar Liqasının qalibi olub
Fransanın PSJ komandası UEFA Çempionlar Liqasının finalında İtaliya təmsilçisi “İnter”i darmadağın edərək Avropanın ali klub turnirinin qalibi olub. Matç "Münhen Arena"da baş tutub. Parislilərin heyətində Əşrəf Hakimi (12), Dezire Due (20, 60), Xviça Kvaratsxeliya (73), Senni Meyulyu (86) fərqləniblər – 5:0. Beləliklə, “qırmızı-mavilər” tarixlərində ilk dəfə Çempionlar Liqasının qalibi olublar.
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: