Dünya çempionatı: Azərbaycan millisinin finaldakı rəqibi müəyyənləşdi
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib. Milli Gimnastika Arenasında keçirilən mundialın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər. Matçın əsas vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb. Yarımfinalda yığmamıza məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq.
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: