Azərbaycan vətəndaşları Rusiyada faciəvi şəkildə öldülər - FOTO
Rusiyada baş verən ağır yol qəzasında Azərbaycan vətəndaşları ölüb. Mediaxeberleri.Az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Vladikafkaz şəhərində baş verib. Məlumatı özünün sosial şəbəkə seqmentində əməkdaşımız Elnur Quliyev paylaşıb. Yaxınlarının bildirdiyinə görə, 33 yaşlı Yusifov Pərvin Yusif oğlunun və 23 yaşlı Köçər İlqar oğlu Hüseynovun cənazələri sabah axşam doğulduqları Qazax rayonunun Daş Salahlı kəndinə, 26 yaşlı Məmmədov Ceyhun Arif oğlu isə Ağstafa rayonunun Muğanlı kəndinə gətiriləcək. Yusifov Pərvin Yusif oğlu ailəlidir 3 qız övladı, Məmmədov Ceyhun Arif oğlunun bir uşağı var, Hüseynov Köçər İlqar oğlu isə subaydır.