Bakı Enerji Həftəsində neft-qaz hasilatı və kəşfiyyatı ilə bağlı vacib sənədlər imzalanacaq
Bakı Enerji Həftəsində neft-qaz hasilatı və kəşfiyyatı ilə bağlı vacib sənədlər imzalanacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib. "Bildiyiniz kimi, bu artıq xoş bir ənənəyə çevrilib ki, biz Bakı Enerji Həftəsi çərçivəsində müəyyən sənədlər imzalayırıq və bu ənənə bu il də davam edəcək. Bir sıra sahələr ilə bağlı bir neçə vacib sənədlərin imzalanması gözlənilir. Bir neçə gün sonra artıq bu sənədlərlə bağlı sizdə də ətraflı məlumat olacaq", - Orxan Hüseynov qeyd edib. Onun sözlərinə görə, Enerji Həftəsində həm də COP29-da SOCAR-ın imzaladığı sənədlər barədə ətraflı məlumatlar veriləcək: "Həmçinin stendlərin içində "İnfinity room" deyilən bir hissə olacaq, hansındakı led ekranlarla biz bütün vacib layihələrimizlə və fəaliyyət istiqamətlərimizlə bağlı ictimaiyyətə məlumat verəcəyik. Əlavə olaraq, forum çərçivəsində ənənəvi olaraq biz panellərin əksəriyyətində həm moderator, həm çıxışçılar qismində çıxış edəcəyik. Burada liderlərin çıxışları olacaq, SOCAR-ın rəhbər şəxsləri iştirak edəcəklər".