Nüfuzlu mükafata namizədlərin siyahısında beş türk futbolçunun adı var SİYAHI
2025-ci il "Golden Boy" mükafatına 100 namizədin siyahısı rəsmən açıqlanıb. Mediaxeberleri.Az xəbər verir ki, Lamin Yamal mükafatı daha əvvəl qazandığı üçün simvolik olaraq siyahıya daxil edilib. İkinci yerdə qərarlaşan Pau Kubarsi qalib gəlmək üçün ən böyük favorit kimi görünür. Lamin Yamal, Pau Kubarsi, Desire Doue, Mayles Levis Skelli, Uarren Zaire-Emeri, Din Huiysen, Kenan Yıldız, Erhan Nuaneri, Geovani Quenda, Jorrel Hato siyahının ilk "10-luğ"unda yer alıb. Siyahıda Kenan Yıldızdan başqa daha dörd türk futbolçunun adı yer alıb. "Real Madrid"də çıxış edən Arda Gülər 13-cü pillədə qərarlaşıb. "Kasımpaşa"dan "Aston Villa"ya keçəcək Yasin Özcan isə 79-cu yeri tutub. "Fənərbağça"nın gənc müdafiəçisi Yusuf Akçiçek 91-ci pillədə, "Beşiktaş"ın gənc hücumçusu Semih Kılıçsoy isə 94-cü yerdədir.