Dolların qəfil bahalaşması ilə bağlı risk... - Mühüm açıqlama
Azərbaycanda ingilis funt-sterlinqi manata nisbətdə bahalaşıb-ucuzlaşır. Eyni tendensiya avro ilə bağlı da müşahidə olunur, lakin ABŞ dolları stabilliyini qoruyur. Bu vəziyyətin səbəbi nədir? Dolların qəfil bahalaşması ehtimalı varmı? Mediaxeberleri.Az xəbər verir ki, iqtisadçı Xalid Kərimli Globlinfo.az-a açıqlamasında funt-sterlinq və avronun manata nisbətən bahalaşmasının ABŞ dollarının stabilliyini qoruması ilə bağlı olduğunu bildirib. “Dollar qalxanda və ya düşəndə manatın məzənnəsi də dəyişir. Yəni, manatın avroya və funt-sterlinqə nisbətdə ucuzlaşmasının səbəbi dolların bu valyutalar qarşısındakı mövqeyidir. Hazırda dolların ucuzlaşma tendensiyası davam edir”, - o deyib. İqtisadçı bildirib ki, dollarla bağlı proseslər əsasən ABŞ-ın iqtisadi vəziyyəti ilə bağlıdır və Azərbaycanla birbaşa əlaqəsi yoxdur: “Dolların qəfil bahalaşması gözlənilmir və hazırda belə bir risk yoxdur. Lakin gələcəkdə müxtəlif ssenarilər mümkündür”.