Bakıda möhtəşəm “Boya Luna” mağazası açıldı – keyfiyyət, münasib qiymət…
“Abşeron” ticarət mərkəzində “Boya Luna” mağazasının açılış mərasimi olubolub. Mediaxeberleri.Az məlumat verir ki, möhtəşəm açılış mərasimində təkcə alış-veriş deyil, maraqlı şou və viktorinalar da təşkil olunub. Xəbər verilir ki, açılış mərasimində peşəkar dırnaq ustaları üçün birdəfəlik “Gold” kart və sürpriz hədiyyələr, həmçinin topdan və pərakəndə müştərilər üçün endirimlər edilib. Şirkət rəhbəri Natiq Salahov bildirib ki, “Boya Luna” ideyası bir fikirdən doğdu: “Məqsədimiz etibarlı və güvənli bir gözəllik məhsulları satılan mərkəz yaratmaq idi. Burada müştərilər təkcə alış-veriş etməyəcəklər, həm də keyfiyyətlə qarşılaşacaqlar. Ən əsası isə həmin keyfiyyəti münasib qiymətə əldə edəcəklər”. Qeyd edək ki, burada dırnaq və baxım məhsulları ilə yanaşı Cənubi Koreyanın dəriyə qulluq məhsulları da təklif olunur.