Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • Azərbaycan bu şəxslər üçün quru sərhədi açır
  • Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR
  • 60 qəpikdən domino oynayanlar 3000 manat cərimələndi
  • Bu rayona dolu düşdü: Yollara, ağaclara ziyan dəydi
  • Prezident: "Erməni silahlı qüvvələrinə Kəlbəcər və Laçından çıxmaları üçün 2-3 həftə vaxt verilmişdi" - Video
  • Bəzi ərazilərdə işıq olmayacaq
  • Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb - Video
  • Sumqayıtda təmir olunmayan yollar: Yaşıl Dərənin küçələri palçıqdan nə zaman azad olunacaq? - Video
  • Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video
  • İcra başçısı bu gün mətbəxində yanğın hadisəsi baş vermiş Qazax Rayon Psixiatriya Xəstəxanasında xəstələr üçün yaradılmış şəraitlə yerində tanış olub
  • Ağstafanın bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq
  • Bu ərazilərdə işıq olmayacaq
  • Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazandı
  • "Fənərbağça"nın futbolçusu klubdan ayrılmaq istəyir - Foto
  • Bu universitet üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək
  • İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır - VİDEO
  • Bakıdakı ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
  • İran aviaşirkətlərinə bilet alanların nəzərinə...
  • Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Can verənlər, can qurtaranlar - Şəhidlər unudulmur!” başlıqlı tədbir keçirilib
  • Bu qurumlar sabahdan distant iş rejiminə keçir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” adlı ilk konfrans baş tutdu – FOTOLAR

  • Tarix: 26-05-2025, 10:25

“Sağlamlığın Qorunması” İctimai Birliyi, TƏBİB və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans “Sağlam Addımlar: Artıq Çəkiyə Son” layihəsinin tərkib hissəsi olaraq həyata keçirilib.

Bugun.tv – xəbər verir ki, konfransın əsas məqsədi ictimaiyyət arasında piylənmənin sağlamlığa təsiri, onun qarşısının alınması yolları, sağlam həyat tərzinin təbliği və profilaktik tədbirlərin aktuallığı barədə maarifləndirmədir.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqini “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, layihə rəhbəri, t.e.d. Yazgül Abdıyeva edib. O, rəhbərlik etdiyi ictimai birliyin həyata keçirdiyi maarifləndirmə tədbirlərindən, keçirilən sağlamlıq aksiyalarından bəhs edib.

Y. Abdıyeva çıxışında cənab Prezident İlham Əliyevin digər sahələrlə yanaşı, səhiyyə sahəsindəki uğurlu islahatlarından bəhs edib. O, həmçinin bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və güclü ordumuzun sayəsində 44 günlük Vətən müharibəsindən sonra qalib xalqın nümayəndələri olaraq qürur hissi ilə belə konfranslar həyata keçirə bilirik.

Konfransın mövzusuna uyğun olaraq Y. Abdıyeva artıq çəkidən əziyyət çəkən insanların sayının artmasının qlobal miqyasda narahatedici göstərici olmasından və bu istiqamətdə davamlı maarifləndirmə tədbirlərinin aparılmasının zəruriliyini qeyd edib.

Konfransın əhəmiyyətinə toxunan millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, t.e.d. Rəşad Mahmudov bildirib ki, piylənmə sadəcə zahiri görünüşlə bağlı deyil, ciddi sağlamlıq riskləri yaradan problemdir və bu sahədə vahid yanaşmaların formalaşdırılması böyük əhəmiyyət daşıyır. O, həmçinin “Ateroskleroz və kliniki protokollar: necə etməliyik və nə üçün?” mövzusunda çıxış edərək müasir yanaşmalar və tətbiq olunmalı praktik addımlar barədə fikirlərini bölüşüb.

Daha sonra TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov konfransın açılışında qurumun bu sahədə gördüyü maarifləndirici və müalicəvi tədbirlərdən söz açıb. O vurğulayıb ki, artıq çəkinin idarə olunması təkcə fərdi deyil, eyni zamanda ictimai səhiyyə baxımından da prioritet məsələlərdəndir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri, professor Hikmət İbrahimli isə bildirib ki, piylənmənin profilaktikası istiqamətində aparılan elmi və praktiki işlər tibbi sığorta sistemində də prioritet istiqamətlərdəndir və bu mövzuda beynəlxalq təcrübələrin öyrənilməsi vacibdir.

Yeni Klinikanın direktoru, dr. Barat Yusubov konfransın aktuallığını vurğulayaraq, sağlam həyat tərzinin təbliğinin tibb mütəxəssislərinin gündəlik fəaliyyətinə inteqrasiya olunmasının vacibliyini diqqətə çatdırıb.

Konfransda çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova tədbirin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb və konfransın təşkilinə görə Yazgül Abdıyevaya təşəkkürünü bildirib. O, həmçinin oftalmologiya sahəsindəki yeniliklər və tətbiq olunan proqramlar barədə konfrans iştirakçılarına məlumat verib.

C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. G. Dadaşova da tədbirdə çıxış edərək, konfransın əhəmiyyətindən və artıq çəkinin kardioloji təsirlərindən bəhs edib.

 

Daha sonra konfrans iştirakçılarına “Artıq Çəki və Düzgün Həyat Tərzi: Sağlam Gələcək” adlı maarifləndirici videoçarx təqdim olunub.

Konfransın bədii hissəsində Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova və bəstəkar, ifaçı Çilənay Hüseynovanın ifasında rəqs ansamblının müşayiəti ilə müxtəlif musiqi nömrələri təqdim edilib.

Konfrans Professor Kamran Musayev, Dr. Kəmalə Paşayeva, Dr. Xəyyam Eyvazov, Kader Bekmezci Demiralp, t.e.d. Aynur Səfiyeva, Mehtap Şafak və Dr. Xalidə Babayevanın moderatorluğu ilə keçirilib.

Konfrans çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif təqdimatlar keçirilib. Türkiyədən dəvət olunmuş sağlam qidalanma üzrə mütəxəssis dr. Ender Saraç, ailə məsləhətçisi Mehtap Şafak, ailə dizimi mütəxəssisi Kader Bekmezci Demiralp, ümumi nəfəs terapisti Neşe Kutlutaş, t.ü.f.d. Ağayeva Gülnarə, t.ü.f.d. Rafiq Yusifli, oftalmoloq-cərrah t.ü.f.d. Mirana Mirişova, t.e.d. Yaqut Hacıyeva, t.ü.f.d. Təranə Tağızadə, dr. Məhəmmədli Afət, dr. Arzu Hüseynova, endokrinoloq dr. Xəyyam Eyvazov və dietoloq dr. Nərmin Novruzova müxtəlif mövzularda çıxış ediblər.

Təqdimatlarda artıq çəkinin və piylənmənin ürək-damar, qaraciyər, pankreas, göz və endokrin sistemə təsiri, psixoloji səbəbləri, sağlam qidalanma, nəfəs texnikaları, tibbi və sosial yanaşmalar, həmçinin etik və ailədaxili aspektləri əhatə edən mövzular müzakirə olunub. Sonda mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və sual-cavab sessiyası keçirilib.

Həmçinin Şairə Rəfiqə Abbasova da konfransın maraqlı olduğunu qeyd edib, iştirakçılara uğurlar arzulayıb və sonda öz şeirlərindən birini səsləndirib.

Əlavə olaraq qeyd edək ki, Türkiyədən dəvət olunmuş qonaqlara tədbirin sonunda xüsusi təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, konfransda 385 nəfərdən çox iştirakçı iştirak edib. Azərbaycanla yanaşı, Türkiyədən də qonaqlar qatılıb. Tədbirdə, həmçinin millət vəkilləri, QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Konfrans iştirakçılar tərəfindən yüksək dəyərləndirilib, elmi bilik və praktik təcrübə mübadiləsi üçün faydalı platforma kimi qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və gələcəkdə bu mövzulara həsr olunmuş daha geniş formatlı tədbirlərin təşkili planlaşdırılıb.


Aynur Camal

Oxunub: 432
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 01:07 | Azərbaycan bu şəxslər üçün quru sərhədi açır
    Bu gün, 01:02 | Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR
    Bu gün, 00:58 | 60 qəpikdən domino oynayanlar 3000 manat cərimələndi
    Bu gün, 00:55 | Bu rayona dolu düşdü: Yollara, ağaclara ziyan dəydi
    Bu gün, 00:53 | Prezident: "Erməni silahlı qüvvələrinə Kəlbəcər və Laçından çıxmaları üçün 2-3 həftə vaxt verilmişdi" - Video
    Bu gün, 00:51 | Bəzi ərazilərdə işıq olmayacaq
    Bu gün, 00:50 | Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb - Video
    Bu gün, 00:45 | Sumqayıtda təmir olunmayan yollar: Yaşıl Dərənin küçələri palçıqdan nə zaman azad olunacaq? - Video
    Bu gün, 00:42 | Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video
    Dünən, 22:49 | İcra başçısı bu gün mətbəxində yanğın hadisəsi baş vermiş Qazax Rayon Psixiatriya Xəstəxanasında xəstələr üçün yaradılmış şəraitlə yerində tanış olub
    Dünən, 22:37 | Ağstafanın bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq
    Dünən, 22:25 | Bu ərazilərdə işıq olmayacaq
    Dünən, 22:23 | Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazandı
    Dünən, 21:56 | "Fənərbağça"nın futbolçusu klubdan ayrılmaq istəyir - Foto
    Dünən, 21:48 | Bu universitet üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək
    Dünən, 21:45 | İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır - VİDEO
    Dünən, 21:43 | Bakıdakı ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
    Dünən, 21:41 | İran aviaşirkətlərinə bilet alanların nəzərinə...
    Dünən, 21:20 | Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Can verənlər, can qurtaranlar - Şəhidlər unudulmur!” başlıqlı tədbir keçirilib
    Dünən, 19:06 | Bu qurumlar sabahdan distant iş rejiminə keçir
    Dünən, 19:04 | Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Dünən, 18:56 | XİN-dən Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkisi" ilə bağlı bəyanat
    Dünən, 18:31 | Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
    Dünən, 18:27 | Azərbaycanın futbol klubu ləğv olunur
    Dünən, 18:25 | Vətəndaş xaricə getmək istədi, "sürprizlə" qarşılaşdı - 10 il niyə əsgər aparılmayıb? - Video
    Dünən, 17:02 | Ağstafada 32 yaşlı kişini ilan sancıb
    Dünən, 15:14 | Azərbaycanda mal əti bahalaşdı
    Dünən, 14:47 | Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
    Dünən, 13:59 | Prezident İlham Əliyev müşavirə keçirdi
    Dünən, 13:11 | Dubay Əmirinin qardaşı öldü - 10 günlük matəm elan edildi
    Dünən, 13:09 | Əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edildi
    Dünən, 13:07 | Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
    Dünən, 13:01 | Qazaxın icra başçısı yanğın baş verən Psixiatriya Xəstəxanasında olub - FOTOLAR
    Dünən, 09:29 | 2-ci liqada 4-cü tura yekun vuruldu
    Dünən, 07:58 | Sevinc Orucova kimə və nəyə belə arxayındır ki... - HƏQİQƏTƏN DƏ...
    Dünən, 07:53 | Sızanaqlara qarşı istifadə edilən beş riskli üsul - Dərinizə zərər verə bilər
    Dünən, 07:51 | Populyar ədviyyatın yaddaşı qorumaq üçün faydalı olduğu müəyyən edilib
    Dünən, 07:38 | Bu ailələr üçün həsrət bitdi: İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salındı - Video
    Dünən, 07:36 | Azərbaycanda bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilərlər - Qanun nə deyir? - Video
    Dünən, 07:34 | Bakının bu ərazisində 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
    Dünən, 07:31 | Bal orqanizmə necə zərərli ola bilər?
    21-09-2026, 20:34 | Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib
    21-09-2026, 20:10 | Qazaxda icra başçısı bu gün qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
    21-09-2026, 17:53 | Qaziyə əlillik təyin edilməyib? - Rəsmi açıqlama
    21-09-2026, 16:50 | Şəhid Samir Sadıqovun şəhidliyinin 3-cü ildönümü qeyd olunub
    21-09-2026, 16:25 | Azərbaycanda bu institut ləğv edilir
    21-09-2026, 16:23 | Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
    21-09-2026, 14:28 | Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək
    21-09-2026, 14:27 | Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu
    21-09-2026, 13:52 | Özbəkistan hərbçiləri Azərbaycana gəlib - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.