Sumqayıtda zavodda partlayış: Yaralıların sayı artdı, üçü Bakıya gətirilir
Sumqayıtda zavodda baş verən partlayışda xəsarət alanların sayı artıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, partlayış səbəbilə 20.05.2025-ci il tarixində saat 12:20-də beş nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. "Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən üç nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər iki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda bildirilir. Sumqayıtda zavodda baş verən partlayışla bağlı bəzi məqamlar bəlli olub. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hadisənin SOCAR-a məxsus müəssisədə qeydə alındığı bildirilir. İlkin məlumata əsasən, partlayış qaynaq işləri aparılan zaman baş verib. Aləmdə Nəsib Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. Mediaxeberleri.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.