Dördüncü kurs tələbəsi faciəli şəkildə öldü
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi vəfat edib. Bu barədə ADBTİA məlumat yayıb. Belə ki, universitetin son kurs tələbəsi Əşrəf Mirzəyev bu gün səhər baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edib. Qeyd edək ki, Sadəddin Əjdər oğlu Ağakişiyev etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı, 77-KZ-106 dövlət qeydiyyat nişanlı avtomobillə Samir Sabir oğlu Məmmədovun idarə etdiyi "Minsk" markalı mopedlə toqquşub. Nəticədə mopeddə olan sərnişin Əşrəf Nəsrəddin oğlu Mirzəyev almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.
Oxunub: 86
Xəbəri paylaş
Paylaş: