Xəstəxanada öldüyü deyilən 18 yaşlı oğlan sağ imiş
Gəncədə küçədə döyülən və xəstəxanada öldüyü deyilən 18 yaşlı oğlan sağ imiş. Mediaxeberleri.Az-ın məlumatına görə, E.İbrahimovun ürək döyüntülərinin fəaliyyəti süni tənəffüs aparatı vasitəsilə bərpa edilib. O, hazırda komatoz vəziyyətdədir. Vəziyyəti həddindən artıq ağır olan E.İbrahimovun müalicəsi davam etdirilir. Gəncədə küçədə ağır xəsarətlər alan gənc oğlan aşkarlanıb. Mediaxeberleri.Az-ın məlumatına görə, 2007-ci il təvəllüdlü E.İbrahimov şəhərin E.Xəlilov küçəsində aşkarlanıb və o, dərhal xəstəxanaya aparılıb. 18 yaşlı Elgün İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri, ağır kəllə-beyin travması ilə xəstəxanaya qəbul olunaraq dərhal ilkin tibbi yardım göstərilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı nəfəs çatışmazlığından dünyasını dəyişib. İlkin ehtimala görə, E.İbrahimov döyülərək ağır xəsarətlər alıb. Onun üzərində hər hansı kəsici deşici və ya güllə izləri aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.