“Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulacaq. Mediaxeberleri.Az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə 29 xalla 9-cu pillədəki “Kəpəz” Tovuzda 30 xala malik və 8-ci yerdə olan “Sumqayıt”ı qəbul edəcək. Cari mövsüm bu komandaların oyunlarında “Sumqayıt”ın üstünlüyü var. 2 matçda qalib gələn “gənclik şəhəri”nin təmsilçisi digər matçda da heç-heçəyə nail olub. Turun son matçında isə artıq çemponluğu təmin edən “Qarabağ” üçüncü pillədəki “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Naxçıvan klubu bu matçda 1 xal qazansa, bürünc medalları təmin edəcək. Lakin statistika Elmar Baxşıyevin komandasının əleyhinədir. “Araz-Naxçıvan” cari mövsümdə çempionatda hər 3 görüşdə “Qarabağ”a uduzub. 11 may (bazar) 18:00. “Kəpəz” - “Sumqayıt” 20:00. “Qarabağ” - “Araz-Naxçıvan” Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 14 qol Salifu Suma ("Zirə") - 12 qol Davit Volkov ("Zirə") - 11 qol Cesse Sekidika ("Sabah") - 10 qol Coy-Lens Mikels ("Sabah") - 9 qol Felipe Santos ("Araz Naxçıvan") - 9 qol Nəriman Axundzadə ("Qarabağ") - 9 qol Rafael Utziq ("Zirə") - 9 qol
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Tovuz şəhər stadionu
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Azersun Arena”