Yağan aramsız yağışdan sonra Saray qəsəbəsindəki küçə keçilməz hala düşdü - VİDEO
Son günlər fasiləsiz yağan yağışlardan sonra Abşeron rayonu, Saray qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsi bərbad haldadır. Belə ki, kanalizasiya suları ətrafa yayılaraq üfunətin yaranmasına gətirib çıxarıb. "Bəlaya düşmüşük. Qoxudan səhərə qədər yata bilmirik. Kanalizasiyaya görə köçüb getmək istəyirik", - deyə sakin narazılıq bildirib. "Uşaqlarımız rahat nəfəs ala bilmirlər. Hamısı xəstəlik tutacaq", - deyə başqa bir sakin əlavə edib. Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxunub: 89
Xəbəri paylaş
Paylaş: