Sumqayıtda zəncirvari qəza: XƏSARƏT ALANLAR VAR
Sumqayıt şəhərində gecə saatlarında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, qəza şəhərin əsas yollarından biri olan Sülh prospektində qeydə alınıb. Hadisə zamanı KIA, "Renault" və "Nissan" markalı avtomobillər bir-birinə çırpılıb. Məlumata görə, qəza təxminən saat 23:30-da baş verib, nəticədə xəsarət alanlar olub və avtomobillərə ciddi maddi ziyan dəyib. Hadisə şahidlərinin bildirdiklərinə görə, qəzaya səbəb sürücülərin ara məsafəsini düzgün seçməmələri olub.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş: