Şəhidin adı verilmiş küçə baxımsız VƏZİYYƏTDƏ - VİDEO
Gəncə şəhəri, Məhsəti qəsəbəsi, şəhid Müşfiq Adıgözəlovun adı verilmiş küçədə yağışlı günlərdə 20-yə yaxın evin həyət və zirzəmilərinə su dolur, yollar keçilməz hala düşür. Uzun müddətdir həll edilməyən problem səbəbindən bəzi sakinlər çıxış yolunu evi satıb getməkdə görürlər. Ancaq məsələ burasındadır ki, bu vəziyyətdə evi satmağın özü də o qədər asan deyil. "Evimin hər yeri çatlayıb. Su qiymətinə də olsa, satıb getmək istəyirəm, amma alan yoxdur", - narazı sakinlərdən biri deyib. Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yağan yağışlar nəticəsində şəhərin Məhsəti qəsəbəsində 15-ə yaxın fərdi yaşayış evinə yağış suları dolub: "İcra Hakimiyyəti, Gəncə Şəhər Sukanal İdarəsi və Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və texnikaları əraziyə cəlb olunub. Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən xüsusi avadanlıqlar vasitəsilə həyətlərə və evlərə dolan suların çəkilməsi işi həyata keçirilir". Ətraflı Baku TV-nin süjetində: