“Xəyanət olunub, mən də etmişəm” deyən Nüşabə Musayeva danışdı: “Kiməsə özümü sübut etmək məcburiyyətində deyiləm”
Müğənni Nüşabə Musayeva “Tarixin bir günü” verilişində səsləndirdiyi “Mənə xəyanət olunub, mən də etmişəm, yaxşı etmişəm! Ruhumu sakitləşdirmək üçün bu addımı atmışam” sözlərinə görə tənqid olunmasına münasibət bildirib. Mediaxeberleri.Az xəbər verir ki, müğənni Pravda.az-a açıqlamasında deyib ki, kiməsə özünü sübut etmək məcburiyyətində deyil. “Kim necə istəyirsə, elə də düşünə bilər. Fikirləri Tarix bəyin verilişində səsləndirmişəm. Lazım gəlsə, elə həmin verilişdə açıqlama verərəm. Amma lazım bilmirəm” – o bildirib.
Oxunub: 251
Xəbəri paylaş
Paylaş: