Beynəlxalq Valyuta Fondu: "Azərbaycanın strateji ehtiyatları 71 milyard dolları keçəcək"
2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 71.67 milyard dollar təşkil edəcək. Mediaxeberleri.Az-ın xəbərinə görə, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) öz səhifəsində dərc etdiyi Azərbaycan üzrə hesabatında proqnoz verib. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun əməkdaşları Bakıda səfərdə olub və müvafiq mövzu ilə bağlı müzakirələr aparıblar. Fondun proqnozlarına görə, Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 72.36 milyard dollara, 2027-ci ildə 72.22 milyard dollara, 2028-ci ildə 71.75 milyard dollara, 2029-cu ildə isə 72.18 milyard dollara bərabər olacaq. Həmçinin qeyd edilib ki, strateji valyuta ehtiyatlarının əsas hissəsini Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) saxladığı aktivlər təşkil edir. BVF bu aktivlərin 2025-ci ildə 60,91 milyard dollara qədər yüksələcəyi ilə bağlı qiymətləndirmə aparıb. Eyni zamanda, BVF-in qiymətləndirməsinə görə, ARDNF-in aktivləri 2026-cı ildə 61.797 milyard dollara və 2027-ci ildə 61.864 milyard dollara qədər artacaq.