“100 manat cərimə, 2 bal” – Taksi sürücüləri işə çıxmaqdan imtina edirlər + VİDEO
Bakıda aprelin 2-dən başlamaqla minlərlə taksi sürücüsünün tətil etməyə hazırlaşdığı bildirilir. Bu barədə "AZTV" "Günə davam" verilişində sujet hazırlanıb. Qeyd olunub ki, sürücülərin tələbləri taksi dayanacaqlarının sayının artırılması, sərnişin mindirib-düşürmək üçün avtobus zolaqlarından istifadəyə icazə verilməsi və minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsidir. Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, gələcəkdə taksilər üçün də ayrıca zolaqların salınması mümkün ola bilər. Ekspert dünya təcrübəsini əsas gətirərək, əksər Avropa şəhələrində taksilərin də avtobus zolaqlarından istifadə etdiyini deyib. Ətraflı telekanalın sujetində:
Oxunub: 196
Xəbəri paylaş
Paylaş: