Həbsdə qaldığı müddət üçün bu qədər təzminat ala bilər
"Barselona", "Yuventus" və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş həbsdə qaldığı 405 gün üçün təzminat almaq hüququna malikdir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Mənbənin sözlərinə görə, ödənişin məbləği 20 min avro ola bilər. Bu, İspaniya Ali Məhkəməsinin zorlama işi üzrə ilkin hökmü ləğv etməsindən sonra mümkün olub. İndi braziliyalı qanunsuz saxlandığına görə təzminat tələb edə bilər. Bundan əlavə, Alveş müqavilənin vaxtından əvvəl ləğvi üçün "Pumas"dan 2 milyon avro təzminat almaq niyyətindədir. Məhkəmə ona bəraət verərsə, müqaviləyə xitam verilməsi əsassız sayılacaq. Alveş əvvəllər zorlama ittihamı ilə 4,5 il həbs cəzasına məhkum edilmişdi. Lakin indi işə yenidən baxılır.
Oxunub: 163
Xəbəri paylaş
Paylaş: