Qazaxda narkokuryerlər saxlanıldılar
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Rövşən Əliyev və Valeh Valehov saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib Məlumata görə, onlardan 2 kiloqrama yaxın marixuana, metamfetamin və heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: