Mediaxeberleri.az
    
  • Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
  • 
  • VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
    VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
  • 
  • Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ
    Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ
  • 
  • Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
    Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
  • 
  • RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
    RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
  • 
  • Azərbaycan nefti bahalaşıb
    Azərbaycan nefti bahalaşıb
  • 
  • Azərbaycanlı Kamil və "banda"sı tutuldu - Milyonluq dələduzluq...
    Azərbaycanlı Kamil və "banda"sı tutuldu - Milyonluq dələduzluq...
  • 
  • Toy etmək istəyənlər üçün vacib xəbər: Məhərrəm və səfər ayları bu tarixdə bitir
    Toy etmək istəyənlər üçün vacib xəbər: Məhərrəm və səfər ayları bu tarixdə bitir
  • 
  • PİRVERDİYEVİN "SAĞ ƏLİ " HƏBS EDİLDİ - 3 milyondan çox mənimsəmə + FOTO
    PİRVERDİYEVİN "SAĞ ƏLİ " HƏBS EDİLDİ - 3 milyondan çox mənimsəmə + FOTO
  • 
  • Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama
    Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama
  • 
  • Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
    Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
  • 
  • Təhsil işçilərinə şad xəbər: İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq
    Təhsil işçilərinə şad xəbər: İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq
  • 
  • Səfərbərlik Xidmətinin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
    Səfərbərlik Xidmətinin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
  • 
  • Bibisi qızının ərinə xəyanət etdiyini düşünərək ona 35 bıçaq zərbəsi vurdu, digərini öldürdü: “Tez ölməsini istəyirdim”
    Bibisi qızının ərinə xəyanət etdiyini düşünərək ona 35 bıçaq zərbəsi vurdu, digərini öldürdü: “Tez ölməsini istəyirdim”
  • 
  • Tanışına 3 bıçaq zərbəsi vuran şəxsə 6 il 6 ay həbs cəzası: “Özümü müdafiə etdim”
    Tanışına 3 bıçaq zərbəsi vuran şəxsə 6 il 6 ay həbs cəzası: “Özümü müdafiə etdim”
  • 
  • Bölgələrə yenə güclü yağış yağır - hava haqqında
    Bölgələrə yenə güclü yağış yağır - hava haqqında
  • 
  • Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində şok yeyinti: Akt tərtib olunub, amma…
    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində şok yeyinti: Akt tərtib olunub, amma…
  • 
  • Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır
    Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır
  • 
  • Bu rayonlara yağış yağdı, ildırım çaxdı - Faktiki hava
    Bu rayonlara yağış yağdı, ildırım çaxdı - Faktiki hava
  • 
  • Bəzi rayonlara leysan yağır
    Bəzi rayonlara leysan yağır
  • 
  • İcra başçısı onu özünə müavin təyin etdi
    İcra başçısı onu özünə müavin təyin etdi

Son xəbərlər :
  • Anar İsgəndərov:Azərbaycan–Qırğızıstan münasibətləri müttəfiqlik mərhələsində
  • “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
  • Azərbaycan - Qırğızıstan strateji müttəfiqliyində yeni mərhələ
  • Prezidentin sosial media hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib
  • Yollarımız niyə çökür? - FOTO
  • Əfv sərəncamı nə vaxt imzalana bilər? - AÇIQLAMA
  • Ukrayna dəniz dronları "Rosatom"un konteyner gəmisini batırdı
  • "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu
  • Bu şəxslərin pensiyası artırılacaq - DETALLAR AÇIQLANDI
  • Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
  • Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı
  • Nəriman Həsənzadə ilə vida mərasiminin keçiriləcəyi məkan BİLİNDİ
  • Azərbaycanda zəlzələ oldu
  • Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
  • FİFA qalmaqallı planından imtina etdi
  • Xalq şairi, çağdaş poeziyamızın ən ağsaqqalı Nəriman Həsənzadə dünyasını dəyişdi...
  • 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir
  • Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
  • Avqustun ilk günü hava necə olacaq? - PROQNOZ
  • Estetik cərrah və anestezioloqa hökm oxundu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Prezident və birinci xanım Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNDİ - 3

  • Tarix: 27-03-2025, 15:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

 

Mediaxeberleri.Az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib.

 

Qeyd edək ki, Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də Sarıcalı kəndidir.

 

Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb.

 

Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

 

Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

 

Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

 

x x x

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışında iştirak ediblər.

 

Kəndin girişində inşa edilmiş bu binada bir sıra qurumlar fəaliyyət göstərəcək. Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq. Binada müxtəlif iclas və iş otaqlarında işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün bütün şərait mövcuddur.

 

Qeyd edək ki, kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

 

x x x

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.

 

Qeyd edək ki, birinci mərhələ üzrə buraya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.

 

x x x

 

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

 

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, müasir standartlara uyğun inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcək. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək.

 

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

 

Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti mühüm işlər görür. Bu məsələ işğaldan azad edilmiş ərazilərimizdə də diqqət mərkəzində saxlanılır. Bu bölgələrimizdə bir çox uşaq təhsil-tərbiyə müəssisələrinin yaradılması prosesinin geniş vüsət alması bunu aydın nümayiş etdirir.

 

x x x

 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak ediblər.

 

Bildirilib ki, 14 sinif otağı olan 360 şagird yerlik məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

 

Məktəbin ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

 

Qeyd edək ki, 30 ilə yaxın davam etmiş işğal nəticəsində həmin rayonlardakı təhsil müəssisələri də tamamilə dağıdılıb. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm və ardıcıl işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da öz əksini tapıb. Yeni məktəb binalarının inşası işğaldan azad olunmuş ərazilərimizə köçən şagirdlərin savadlı və bilikli yetişməsi məsələsinə Azərbaycan dövlətinin nə qədər həssaslıqla yanaşdığını aydın nümayiş etdirir.

 

x x x

 

Sonra dövlətimizin başçısı və birinci xanım yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.

 

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

 

Prezident İlham Əliyevin

 

çıxışı

 

Prezident İlham Əliyev: Sarıcalıya xoş gəlmisiniz.

 

Sakinlər: Siz də xoş gəlmisiniz, cənab Prezident.

 

Prezident İlham Əliyev: Sizi ürəkdən təbrik edirəm.

 

Sakinlər: Çox sağ olun.

 

Prezident İlham Əliyev: İlk növbədə, qarşıdan gələn Ramazan bayramı və Sarıcalı kəndinin bərpası münasibətilə sizi təbrik edirəm. Yəni, bu gün ikiqat bayramdır. Bu bayram ərəfəsində kəndi istifadəyə vermək, keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir.

 

Bu yaxınlarda Novruz bayramını qeyd etmişik. Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşmüşdüm, onlara evlərinin açarlarını təqdim etmişdim. Bu gün isə burada - Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək, əlbəttə ki, böyük xoşbəxtlikdir. Uzun fasilədən sonra siz doğma torpağınıza qayıtmısınız. Burada sizin üçün gözəl şərait yaradılıb.

 

Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq. Bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək.

 

Ağdam şəhəri də, rayonun bütün kəndləri də mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, bir dənə də salamat bina qalmamışdı. Bu, bir daha düşmənin xislətini göstərir, bizə tamamilə əsassız olan düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzə idik. Yəni, işğal dövründə şəhər tamamilə söküldü, yerlə-yeksan edildi və Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu, misli görünməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim, erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Biz Ağdamı yenidən qururuq və quracağıq. İndi genişmiqyaslı quruculuq işləri aparılır. İşğaldan sonrakı dövrdə bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib, ilk növbədə, yollar. Ağdam-Bərdə yolu yenidən quruldu. Heç sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dördzolaqlı olacaq. Dəmir yolu çəkilir, yəqin ki, bu il istifadəyə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Mənfur düşmən bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün orada heyvan saxlayırdı. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu, düşmən tərəfindən dağıdılmış abidəsinin eynisi yenidən tikildi. Xaçınçay su anbarı yenidən quruldu. Düşmən onu da qurutmuşdu. Məktəb binası inşa edilir, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Təbii ki, yaşayış evləri, bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək.

 

Bununla bərabər, bölgənin turizm imkanları nəzərə alınaraq iki mehmanxana artıq fəaliyyətə başlayıb və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Bax, biz belə şəhər qururuq. Yadımdadır, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq.

 

Bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bu gün bu işləri görməyə qadirdir. Mən təkcə Ağdam rayonunda gedən işləri sadaladım. Amma əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir.

 

İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq. Bildiyiniz kimi, müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatlar keçirilmirdi, çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq, düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə, bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdi. Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi o ünsürlərə ki, onlar buna layiq deyillər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdi. Bizə qarşı soyqırımı törədilmişdi. Xalqımız böyük əzab-əziyyətlərə məruz qalmışdır. Bizim şəhərlərimiz viran qoyuldu, kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq.

 

İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ağdamla bərabər, Laçın və Kəlbəcər rayonları da. Biz onsuz da bu torpaqları azad edəcəkdik, ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq, ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Ondan üç il sonra tam nəzarəti ələ götürdük, suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bu gün separatizmin kökü kəsildi. Bu gün burada insanlar rahat yaşayacaqlar, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaqlar. Əminəm ki, xoşbəxt yaşayacaqlar. Çünki artıq həm torpaqlar geri qaytarıldı, eyni zamanda, xalqımızın milli ləyaqəti bərpa edildi. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da bizə qaytarılmasın. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi, əlbir idi. Amma onlar bir şeyi nəzərə almamışdılar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və Ordumuzun qəhrəmanlığıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah Ordumuzun, Silahlı Qüvvələrimizin şəxsi heyətinin başını həmişə uca eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində bax, bu gün biz burada durmuşuq və bu gün bu gözəl bayram ərəfəsində görüş keçirilir.

 

Bundan sonra bərpa işləri davam edəcək. Sarıcalı kəndinin, sadəcə olaraq, birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür - 12 sot. Eyni zamanda, ətraf ərazilərə su veriləndən sonra o torpaqlarda da əkin-biçin işləri aparmaq mümkün olacaq. Sərsəng su anbarı və Suqovuşan su anbarı bu imkanı bizə yaradacaq. Sadəcə olaraq, vaxtilə inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir. Yaxşı bilirsiniz, həm Sərsəng, həm Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi ki, o cümlədən Ağdam və bir neçə ətraf rayon suvarma suyu ilə təmin olunsun. İşğal dövründə düşmən suyumuzu da kəsmişdi. İndi biz öz su resurslarımıza da sahib olduq. Xaçınçay su anbarı artıq bərpa edilib və Suqovuşandan gələn kanal vasitəsilə Ağdamın bütün ərazisi və qonşu rayonların əraziləri suvarılacaq. Bu gün təqribən 100 min hektar suvarılmayan torpağa su gətiriləcək.

 

Ona görə Ağdam rayonunda yaşayacaq vətəndaşlar buna hazır olmalıdırlar. Burada işlə təmin etmək üçün lazımi addımlar atılır, eyni zamanda, kənd təsərrüfatı da sahibkarlar tərəfindən inkişaf etdirilməlidir.

 

Bir daha sizi ürəkdən təbrik edirəm, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.

 

Sakinlər: Çox sağ olun.

 

x x x

 

Sonra açarların təqdim edilməsi mərasimi oldu və xatirə şəkilləri çəkdirildi.

 

X X X

 

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakinləri ilə söhbət etdilər.

 

Sakin: Bu gün bizim hazırda durduğumuz yer bağ idi, meşə idi bura, burada böyük palıd ağacları.

 

Prezident İlham Əliyev: Bəs evlər harada idi?

 

Sakin: Evlər bir az bundan aşağıda idi.

 

Prezident İlham Əliyev: Orada idi?

 

Sakin: Bəli.

 

Prezident İlham Əliyev: Bu, Sarıcalının bağı idi?

 

Sakin: Meşə idi, qoz ağacları, palıd ağacları var idi.

 

Prezident İlham Əliyev: Qırdılar.

 

Sakin: Onların hamısını məhv etdilər.

 

Prezident İlham Əliyev: Siz işğal dövründə harada yaşamısınız?

 

Sakin: Bərdədə yaşamışam.

 

Prezident İlham Əliyev: Bərdədə hansı şəraitdə?

 

Sakin: Məktəbdə yaşayırdıq. Hazırda beşmərtəbələrdə oluruq. Çox sağ olun, Allah Sizə kömək olsun. Allah şəhidlərimizə rəhmət eləsin.

 

Prezident İlham Əliyev: Cavanlar da gəlib. Həvəslə gəlmisiniz?

 

Sakinlər: Bəli, əlbəttə.

 

Prezident İlham Əliyev: Onlar heç görməyiblər buraları.

 

Sakin: Görməyiblər. Yəni, görməyənlər də belə gəlib görmək istəyirlər ki, işğaldan azad olunmuş torpaqlarımız nə cür bərpa olunur. Allah həmişə dövlətimizin bayrağını uca etsin.

 

Prezident İlham Əliyev: Sağ olun. Otuz il ərzində ədalətsizliklə üzləşmişdik. Bu ədaləti biz özümüz bərpa etdik və biz hər gün ədalət təntənəsini görürük.

 

Sakinlər: Allah Sizi qorusun.

 

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır. İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız.

 

Sakin: İnşallah. Çox sağ olun, minnətdarıq. Allah Sizi var eləsin, Allah Sizi qorusun!

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Sakinlər: Sağ olun, çox sağ olun.


Oxunub: 448
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:46 | Anar İsgəndərov:Azərbaycan–Qırğızıstan münasibətləri müttəfiqlik mərhələsində
    Bu gün, 22:42 | “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
    Bu gün, 21:33 | Azərbaycan - Qırğızıstan strateji müttəfiqliyində yeni mərhələ
    Bu gün, 21:26 | Prezidentin sosial media hesablarında Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib
    Bu gün, 15:50 | Yollarımız niyə çökür? - FOTO
    Bu gün, 15:27 | Əfv sərəncamı nə vaxt imzalana bilər? - AÇIQLAMA
    Bu gün, 15:24 | Ukrayna dəniz dronları "Rosatom"un konteyner gəmisini batırdı
    Bu gün, 15:22 | "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu
    Bu gün, 14:38 | Bu şəxslərin pensiyası artırılacaq - DETALLAR AÇIQLANDI
    Bu gün, 14:36 | Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
    Bu gün, 14:34 | Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı
    Bu gün, 11:33 | Nəriman Həsənzadə ilə vida mərasiminin keçiriləcəyi məkan BİLİNDİ
    Bu gün, 10:05 | Azərbaycanda zəlzələ oldu
    Bu gün, 10:04 | Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
    Bu gün, 10:02 | FİFA qalmaqallı planından imtina etdi
    Bu gün, 07:58 | Xalq şairi, çağdaş poeziyamızın ən ağsaqqalı Nəriman Həsənzadə dünyasını dəyişdi...
    Dünən, 12:33 | 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir
    Dünən, 12:31 | Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
    Dünən, 12:22 | Avqustun ilk günü hava necə olacaq? - PROQNOZ
    Dünən, 12:16 | Estetik cərrah və anestezioloqa hökm oxundu
    Dünən, 11:41 | Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi
    Dünən, 11:39 | Yük maşını avtomobilə çırpıldı: 2 ölü, 3 yaralı
    Dünən, 09:22 | Azərbaycan-Qırğızıstan arasında sənəd mübadiləsi aparıldı
    Dünən, 09:11 | Dövlət Radiotezliklər İdarəsi 476 mini bu istiqamətə xərcləyəcək - İcraçının vergi borcu var
    Dünən, 09:05 | 50 yaşlı Şarliz Teron qala gecəsində göz oxşadı
    Dünən, 09:02 | RUSİYA YAŞAYIŞ BİNALARINI, UKRAYNA ANBARLARI VURDU - Daha bir qanlı gecə + FOTO/VİDEO
    Dünən, 08:53 | Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
    Dünən, 08:47 | İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
    Dünən, 08:39 | Bağlarda yayılan xəstəlik fermerlərin zəhmətini puç etdi: Quba alması beş qəpiyə satılır? - VİDEO
    Dünən, 08:37 | Ucarda ağır qəza: Ölənlər və xəsarət alanlar var
    Dünən, 08:31 | Futbolçularım buna hazır deyildilər - Qurban Qurbanov
    Dünən, 08:28 | Saray sakinlərindən qanunsuz pul yığılır? - VİDEO
    Dünən, 00:47 | “Qarabağ” Avroliqa ilə vidalaşdı
    30-07-2026, 22:56 | "Neftçi" də mübarizəni dayandırdı
    30-07-2026, 21:56 | UEFA Konfrans Liqası: "Zirə" mübarizəni dayandırdı
    30-07-2026, 20:49 | "Neftçi" "Dinamo"ya qarşı: heyətlər açıqlandı
    30-07-2026, 20:09 | Kondisionerdən istifadə edən ürək xəstələrinə xəbərdarlıq
    30-07-2026, 20:07 | Bakı Qızlar Universitetində təhsil alan tələbələr başqa universitetlərə köçürüləcək
    30-07-2026, 20:03 | Nəcibə Nəsibova Azərbaycan-Türkiyə Universitetinin rektoru təyin olundu
    30-07-2026, 20:00 | Rus ordusu Ukraynanın limanlarını və gəmilərini vurdu
    30-07-2026, 19:59 | Hörmüz buna görə bağlıdır - Bəqai
    30-07-2026, 17:33 | Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi
    30-07-2026, 17:31 | Onların pensiyası artırıldı
    30-07-2026, 14:50 | Qazaxda müşavirə keçirilib
    30-07-2026, 14:09 | Ağaclar qəsdən qurudulur: Polis hərəkətə keçdi - Video
    30-07-2026, 13:58 | Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirildi - 4 ilədək həbs...
    30-07-2026, 13:33 | Bu saytlara məhdudiyyət qoyulacaq - Qanun təsdiqləndi
    30-07-2026, 13:28 | 9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi nə zaman başlayacaq?
    30-07-2026, 13:27 | Yaşı 60-dan çox olanların nəzərinə!
    30-07-2026, 13:13 | Dövlət başçısı FƏRMAN imzaladı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.