Bu gün millimiz Sumqayıtda Haiti seçməsi ilə üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq. Mediaxeberleri.Az xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir. Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək. Xatırladaq ki, oyun saat 21:45-də start götürəcək. Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək. 22 mart Yoldaşlıq görüşü Saat 21:45, Azərbaycan - Haiti.
Oxunub: 812
Xəbəri paylaş
Paylaş: