Ölüm xəbəri ilə stadionda sükutla anılan futbolçu sağ çıxdı
Bolqarıstan Liqası çərçivəsində keçirilən "Arda" - "Levski Sofiya" matçında keçmiş futbolçu Petko Qançev üçün 1 dəqiqəlik sükut elan edilib. Mediaxeberleri.Az xəbər verir ki, matçın fasiləsində isə Qançevin ölmədiyi və sağ olduğu üzə çıxıb. Bundan sonra "Arda" klubu üzr mesajı yayıb: "Məlumat yanlışdır. Qançev sağdır. Ona sağlam ömür arzulayırıq". Qeyd edək ki, 79 yaşlı Qançev 5 il "Arda"da çıxış edib və 120-yə yaxın qola imza atıb.
 
 
 
Oxunub: 626
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















