Balıq bahalaşdı
Cənub bölgəsində balığın qiyməti bahalaşıb. Mediaxeberleri.Az ATV-yə istinadən məlumat verir ki, çərşənbə süfrəsinin təamı olan balığın qiymətində 15-20 manata qədər artım müşahidə olunur. Belə ki, Lənkəranın Böyük bazarında satılan ən bahalı balığın qiyməti 70 manat təşkil edir. Satıcılar bildiriblər ki, qiymətlərin yüksək olmasına baxmayaraq, tələbat da çoxdur.
Oxunub: 138
Xəbəri paylaş
Paylaş: