Azərbaycandakı bəzi televiziya kanalları ilə bağlı iddiaya RƏSMİ REAKSİYA
Audiovizual Şura bir sıra yerli televiziya kanallarının HD yayımı dayandırması ilə bağlı iddialara münasibət bildirib. Mediaxeberleri.Az xəbər verir ki, səsləndirilən iddia ilə bağlı Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev açıqlama verib. O, Oxu.Az-a açıqlamasında bildirib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə televiziya kanallarının həm HD, həm də SD formatda yayımı həyata keçirilir: "Bu yayımlarla bağlı hazırda heç bir problem yoxdur və normal keyfiyyətdə aparılır. Televiziya kanallarının HD yayımını dayandırması ilə bağlı bəzi sosial şəbəkə hesabları vasitəsilə yayılan xəbərlər həqiqəti əks etdirmir".
Oxunub: 96
Xəbəri paylaş
Paylaş: