Milli Onkologiya Mərkəzinin kotirovka sorğusunun ləğv edilməsinin səbəbi açıqlandı
Milli Onkologiya Mərkəzinin korpuslarda quraşdırılmış yanğın xəbərverici sistemlərə texniki xidmətlə bağlı elan etdiyi kotirovka sorğusu ləğv olunub. Mediaxeberleri.Az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qəbul edib. Bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil. Şərtlər toplusunun “işçilərin müvafiq sahə üzrə minimum 3 il təcrübəyə malik olması” barədə tələbi bütün təchizatçılar tərifindən təmin olunmadığı nəzərə alınaraq satınalmanın nəticələri ləğv olunur. Kotirovka sorğusunun dəyəri 28 990 AZN olub.
Oxunub: 108
Xəbəri paylaş
Paylaş: