Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • Əli Nağıyev: "Ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir"
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü
  • Dünyanı gözləyən təhlükə: El Ninyo yüzminlərlə insanın ölümünə səbəb ola bilər
  • Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
  • 30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
  • “Bitcoin”in qiyməti 84 min dollara düşüb
  • Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • TRIPP Azərbaycanın qərb rayonlarını Naxçıvanla necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO
  • Bu işlərdə çalışanların ödündə daş yaranır
  • Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi
  • Azərbaycan millisi Tacikistana qalib gəldi
  • AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi
  • Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
  • Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT
  • Uşaqları şəhid etdilər, bizə terrorçu deyirlər - Pezeşkian
  • Parlamentdə şok: Deputat narkotik istifadə edib? - Video
  • Trampla Netanyahu sağ qurtula bilməyəcək - Rzayi
  • Azərbaycan domenlərinə qarşı hücumlar oldu
  • Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

RUSİYA, BÖYÜK QARŞIDURMA BAŞLAMAMIŞ ÖZÜNÜ TÜKƏNDİRİR – Putin Trampın hansı qərarı verəcəyindən qorxur?

  • Tarix: 4-02-2025, 01:02

Rusiya və Ukrayna prezidentlərinin müsahibələrindən və bəyanatlarından anlaşılır ki, onların hər ikisi Trampın atacağı addımların həlledici təsirə malik olacağını yaxşı dərk edirlər. Tarixdən məlum olduğu kimi, müharibələri öz xarakterinə və gedişinə görə dövlərlərə və mərhələlərə ayırırlar. Ukraynada gedən müharibə gözlənilənlərin əksinə xeyli uzandı və indi o, Bayden fazasından Tramp fazasına keçir.

Hazırda Tramp ümumi fikirlər səsləndirir və tərəfləri tezliklə sülh bağlamağa çağırır. Lakin bunun necə və hansı şərtlər daxilində baş verəcəyi bəlli deyil. Biz hələlik Putin və Zelenskinin Trampın sözlərinə verdikləri reaksiyaları dinləyirik. Vladimir Putin indiyədək Baydenin siyasətini nəzərə alaraq, strategiyasını ona uyğun qurmuşdu. Bayden Rusiyanın müharibəni sürdürə bilməsi üçün təbii qaz və neft satışından pul qazanmasına əngəl törətmirdi. Ona görə də Rusiya “rəqibi taqətdən salmaq” strategiyasına üstünlük verib. Amma Donald Tramp müharibəyə Baydendən fərqli yanaşır. Hələlik, görünən odur ki, Tramp müharibənin durdurulmasını istəyir və Rusiyanın gəlir mənbələrinə zərbə vuracağını söyləyir. Deməli, yaranmış yeni vəziyyətə uyğun olaraq, Putin mövcud strategiyasını dəyişmək və ya ona düzəlişlər etmək məcburiyyətində qalacaq. Trampın fikirlərinə Vladimr Putinin televiziya müsahibəsində verdiyi şərhə diqqətlə qulaq asandan sonra belə qənaətə gəlmək olar ki, Rusiya Prezidenti artıq yeni reallığa uyğunlaşmağa başlayıb.



Putin deyir ki, hazırkı böhranın səbəbkarı Bayden administrasiyasıdır, əgər 2020-ci ildəki seçkidə Trampın qələbəsi oğurlanmasaydı, gördüyünüz hadisələr baş verməyəcəkdi. Amma ondan soruşan yoxdur ki, Tramp 2020-ci ildə prezident seçilsəydi, Ukraynada denasifikasiya və demilitarizasiya əməliyyatını həyata keçirməyə gərək qalmayacaqdı? Əlavə olaraq, Tramp həmin dövrdə prezident olsaydı, NATO 1997-ci ilin sərhədlərinə geri çəkiləcəkdi və 2021-ci ildə isə Rusiyanın alyansa ultimatum göndərməsinə ehtiyac olmayacaqdı?

Putinin bu cür danışmasının səbəbi Trampın Rusiyaya qarşı tətbiq edəcəyi tədbirlərin daha sərt və təhlükəli olacağı qorxusundan irəli gəlir. Putin anlayır ki, Baydenlə müqayisədə Tramp onun üçün daha təhlükəlidir, çünki radikal addımlar atmaqdan çəkinmir, digər yandan isə o, Rusiyanın əsas maliyyə qaynağının mənbəyini quruda bilər. ABŞ Prezidenti Rusiyaya atəşi saxlayıb, Ukrayna ilə razılığa gəlməyi təklif edir, lakin sülhdən sonra xəritənin necə olacağını hələ ki, göstərən yoxdur. Buna baxmayraq, Trampın şübhəsiz ki, Putindən konkret istədikləri var. Əlbəttə, Putinin işğal etdiyi bütün əraziləri öz ixtiyarında saxlamsı şərtiylə sülhə razılıq verəcəyi həqiqəti əks etdirmir. Rusiya Prezidenti fanatik deyil və sadəcə özünə qarşı real təhlükə görməyincə inadkarlıq nüamyiş etdirir, əks halda hər hansı təhlükə duyduqda çox ehtiyatla davranır. Müharibənin başlamasından 3 il ötməsinə baxmayaraq, Rusiya istədiyinə nail olmayıb. Amma bir şeyi unutmayaq ki, Putinə və onun yaxın komandasına qarşı ölkə içərisində müqavimət təşkil edəcək güc yoxdur, olan-qalan nə vardısa, hamısını ortadan siliblər. Navalnı kimi xalqın etiraz səsini ümumi bir məcraya yönəldə biləcək lider lazımdır. Rusiya ordusu müharibədə indiyədək təxminən 800 min əsgər itirib, lakin buna kimsə etiraz etmir, çünki döyüşlərə muzdlular gedir və onlar öldüyü təqdirdə ailələrinə böyük məbləğdə pul ödənilir. Müharibəyə isə ölkə əhalisinin kasıb təbəqəsinin nümayəndələri yollanırlar. Yaxşı pullar alan muzdluların ailələri nəyə etiraz edəcəklər ki? Səfərbərliklə məcburən müharibəyə əsgər aparsaydılar, onda biz tamam başqa mənzərə ilə qarşılaşardıq. Rusiyanı yaxşı tanıyan siyasətşünaslar və sosioloqlar deyirlər ki, əgər müharibə bu minvalla daha 3 il davam edərsə və Kreml pulsuz qalmazsa, onda Rusiyanın əlavə 1 milyon əsgər itirməsinə cəmiyyət səssiz qalacaq.


Detallara girmədən qısa şəkildə deyə bilərik ki, Putini əsgər ölümləri, iqtisadiyyatın hərbləşdirilməsi üzündən mülki təsərrüfat sektorunun iflic vəziyyətə düşməsi və əhalinin yoxsullaşması narahat etmir. Vladimir Putinin ən çox qorxduğu şey, müharibə üçün gərəkən pulun kəskin azalmasıdır. Tramp isə məhz həmin ağrılı yerdən zərbə vura bilər. Rusiya bunun baş verməməsi üçün bütün mümkün manevrlərdən istifadə etməyə çalışacaq. Taktiki gedişlərlə vaxt udmağa, sülhün məhz Ukraynanın istəmədiyini göstərmək üçün müxtəlif hiyləgərliklərə baş vuracaqlar. Tramp və komandası yəqin ki, Rusiyanın fəndgirliyini bilməmiş deyillər. Putin Ukraynanı danışqlarda tərəf kimi görmək fikrində deyil, onun başlıca məqsədi Trampla ünsiyyət qurmaq və fürsətdən yararalnıb beynəlxalq təcriddən canını qurtarmaqdır.

Rusiyada düşünürlər ki, ABŞ Prezidenti Qrenlandiyanı, Panama kanalını və Kanadanı istəyirsə, onda bu lap yaxşıdır, əla presedentdir. Yəni, rusların yanaşmasından belə anlaşılır ki, 80 ildir mövcud olan beynəlxalq hüquq normalarının bir kənara itələnməsi Rusiyanın işinə yarayacaq. Rusiyanın suveren ölkənin ərazisini işğal etməsinin beynəlxalq hüququ pozması barədə son zamanlar heç söz salan yoxdur. Hamı Rusiyanın Ukraynadan sonra digər qonşularına qarşı təcavüzə başlayacağı təhlükəsindən danışır.

Rusiya nahaq yerə özünü ABŞ ilə eyniləşdirir. Düzdür, Trampın bəyanatları beynəlxalq normalara qarşıdır, lakin ortada geostrateji maraqlar dayanır. Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçməsi hipotetik baxımdan Rusiya və Çinin Arktik maraqlarına qarşıdır. Belə çıxır ki, əgər ABŞ Rusiyanı öz şimal sərhədləri yaxınlığında görmək istəmirsə, deməli, onda məntiqlə Vaşinqton Rusiyanın Ukraynada güclənməsinin tərəfdarı da olmamalıdır. Ona görə də Rusiya ABŞ-nin geostrateji maraqlarında yalnız Çinə qarşı istifadədə yer tuta bilər.

Rusiya dünyada təklənməmək üçün Çini dost və müttəfiqi adlandırır. Lakin Çin Rusiyanı özünə strateji müttəfiq hesab etmir, daha doğrusu, Pekin rəhbərliyi Rusiyanı sadəcə ucuz xammal bazası sayır. Krımı ilhaq edəndən sonra Rusiya bütün təbii resurslarını Çinə dünya bazarı qiymətindən qat-qat aşağı satıb. Çin dəyişən dünyada öz mövqeyini möhkəmləndirmək istəyəcək. Rusiyanın əlverişli şərait yaranan kimi hər an kəskin dönüş edib, gözlənilmədən müttəfiqlərini yarı yolda qoyub qaçmayacağının təminatı yoxdur. Elə bu səbəbdən də Pekin Moskvaya güvənərək böyük xətaya yol verməz.

Beləliklə, əgər yeni dünya nizamına doğru gediriksə, onda iri dövlətlər perspektiv maraqlarının dikətəsinə uyğun hərəkət edəcəklər. Bu maraqlar vəziyyətə və şərtlərə görə dəyişir. Bu gün öz potensial imkanlarına görə ABŞ-dən, Avropadan və Çindən xeyli zəif olan və hələ üstəlik, qonşusu ilə döyüşən Rusiya aparıcı güc kimi çıxış edə bilməz. Dünyanın iri güc mərkəziləri arasında böyük strateji qarşıdurma hələ başlamayıb, Rusiya isə özünü tükəndirməklə məşğuldur.

Elə bu səbəbdən də ABŞ-nin Rusiyanı gələcək dünya nizamında necə görməsindən çox şey asılıdır. Sözsüz ki, Tramp Ukraynadakı müharibəyə ABŞ-nin maraqları və qlobal kontekstdən baxacaq. Cozef Bayden müharibənin uzadılmasına çalışırdı və buna müyəssər də oldu. Tramp müharibəni qısa zamanda durdura bilərmı? Bəlli deyil, amma bir şey aydındır ki, əgər ABŞ müharibənin Ukraynanın xeyrinə bitməsini istəsə, buna nail ola bilər. Bunun üçün Ukrayna müharibədə dönüş yaratmalı, rusları işğal etdiyi ərazilərin əksəriyyətindən qovub çıxarmalı, zərbə dronları vasitəsilə Rusiya Neft Emalı Zavodlarının işini iflic etməlidir. Eyni zamanda, ABŞ Rusiyanın sanksiyalardan yayınmasına imkan verməməli, Ukraynanı effektli silahlarla, kifayət sayda qırıcı təyyarələrlə təmin etməli, neftin qiymətini aşağı salmalıdır.

Vaqif NƏSİBOV

“AzPolitika.info”



Oxunub: 519
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:07 | Əli Nağıyev: "Ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir"
    Bu gün, 09:55 | MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    Bu gün, 09:50 | İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü
    Bu gün, 09:40 | Dünyanı gözləyən təhlükə: El Ninyo yüzminlərlə insanın ölümünə səbəb ola bilər
    Bu gün, 08:29 | Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
    Bu gün, 08:27 | 30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
    Bu gün, 08:25 | “Bitcoin”in qiyməti 84 min dollara düşüb
    Bu gün, 08:23 | Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
    Bu gün, 08:20 | TRIPP Azərbaycanın qərb rayonlarını Naxçıvanla necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO
    Bu gün, 07:56 | Bu işlərdə çalışanların ödündə daş yaranır
    Bu gün, 07:55 | Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi
    Dünən, 22:10 | Azərbaycan millisi Tacikistana qalib gəldi
    Dünən, 21:29 | AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi
    Dünən, 21:20 | Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    Dünən, 20:16 | Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT
    Dünən, 19:08 | Uşaqları şəhid etdilər, bizə terrorçu deyirlər - Pezeşkian
    Dünən, 19:07 | Parlamentdə şok: Deputat narkotik istifadə edib? - Video
    Dünən, 19:05 | Trampla Netanyahu sağ qurtula bilməyəcək - Rzayi
    Dünən, 19:03 | Azərbaycan domenlərinə qarşı hücumlar oldu
    Dünən, 19:02 | Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu
    Dünən, 19:00 | Bakıda əməliyyat: saxlanılanlar var - Video
    Dünən, 18:59 | 1673-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    Dünən, 17:41 | Yağış yağacaq, dolu düşəcək - Bu tarixdə
    Dünən, 14:20 | Şəhid Tahir Əliyev ziyarət olunub
    Dünən, 14:19 | Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Dünən, 14:16 | 40 ilin həkimini işdən çıxarmışdı - Vəzifəsindən azad edildi
    Dünən, 14:14 | Orxan Yusibov bu mərkəzə rəhbər təyin olundu
    Dünən, 14:01 | Azərbaycanlılara görə divarları yazanlar həbs olundu
    Dünən, 13:56 | ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirildi
    Dünən, 13:17 | Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu
    Dünən, 13:14 | Skuterdən yıxılan 42 yaşlı kişi öldü
    Dünən, 13:12 | Masazırda yük və minik maşınları toqquşdu: ölən var
    Dünən, 13:11 | Sabah 35 dərəcə isti olacaq
    Dünən, 12:39 | Şəhid Amil Tanırverdiyevin üçüncü ildönümü qeyd olunub
    Dünən, 11:23 | İlham Əliyev əfv sərəncamı imzaladı
    Dünən, 07:55 | Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?
    Dünən, 07:53 | Dünyanı “super bit” basacaq - Xəbərdarlıq
    Dünən, 07:51 | Payız fəsli Azərbaycana daxil olub
    Dünən, 07:31 | Güclü pul və enerji axını: yaxın günlərdə həyatında kəskin dönüş yaşayacaq BÜRCLƏR
    Dünən, 07:28 | Azərbaycanlı sənətçinin Rusiyaya girişinə qadağa qoyuldu
    Dünən, 07:27 | FİFA-dan Türkiyə komandasına ağır cəza
    Dünən, 01:07 | Azərbaycan bu şəxslər üçün quru sərhədi açır
    Dünən, 01:02 | Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR
    Dünən, 00:58 | 60 qəpikdən domino oynayanlar 3000 manat cərimələndi
    Dünən, 00:55 | Bu rayona dolu düşdü: Yollara, ağaclara ziyan dəydi
    Dünən, 00:53 | Prezident: "Erməni silahlı qüvvələrinə Kəlbəcər və Laçından çıxmaları üçün 2-3 həftə vaxt verilmişdi" - Video
    Dünən, 00:51 | Bəzi ərazilərdə işıq olmayacaq
    Dünən, 00:50 | Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb - Video
    Dünən, 00:45 | Sumqayıtda təmir olunmayan yollar: Yaşıl Dərənin küçələri palçıqdan nə zaman azad olunacaq? - Video
    Dünən, 00:42 | Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.