Türkiyə yeni rekorda imza atdı
İxracata ikiqat rekordla başladığımızı sizlərlə bölüşmək istərdim. Mediaxeberleri.Az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat jurnalistlərə açıqlamasında deyib. O bildirb ki, Türkiyənin yanvar ayı üçün ixracatı 21,2 milyard dollara yüksəlib: “2024-cü ilin yanvar ayında bu rəqəm tam olaraq 20 milyard dollar idi. Bu, 5,8% artım deməkdir. ABŞ seçkilərindən sonra hakimiyyətə gələn hökumət güclü gömrük rüsumlarından istifadə etməyə başlayıb. Kanada Meksikadan gələn bütün məhsullara 25%, Çindən gələn bütün məhsullara isə 10% əlavə tariflər tətbiq edib. Biz ABŞ-ın bu addımı qarşısında ölkəmizin maraqlarını qorumaq üçün səylərimizi davam etdirəcəyik”.
Oxunub: 39
Xəbəri paylaş
Paylaş: