Sumqayıtda kişi xəstəxanada dərmandan zəhərlənib öldü
Sumqayıtda dərmandan zəhərlənən 58 yaşlı kişi ölüb. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, 1966-cı il təvəllüdlü Ramiz Pirqulu oğlu Piriyev Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qəbul etdiyi dərman həblərindən zəhərlənib. O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 151
Xəbəri paylaş
Paylaş: