İsrail hərbçiləri dinc sakinləri güllələdi
Bu səhər İsrail hərbçilərinin Livanın cənubunu atəşə tutması nəticəsində azı 15 nəfər ölüb, 83 nəfər yaralanıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. “60 günlük atəşkəs razılaşmasının müddətinin başa çatması ilə əlaqədar evlərinə qayıtmağa çalışan silahsız sakinlərə düşmən snayperləri atəş açıb. Ölənlər arasında yaşayış yerlərinə qayıdan qaçqınları müşayiət edən Livan ordusunun bir hərbçisi də var”, - deyə bildirilib.
Oxunub: 150
Xəbəri paylaş
Paylaş: