Müəllimlər məktəbdə içki məclisi təşkil etdi: Valideynləri şoka salan görüntülər - Video
Türkiyənin İzmir şəhərindəki məktəblərdən birində qeydə alınan kadrlar müzakirələrə səbəb olub. Mediaxeberleri.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bornova Yahya Kamal Bayatlı adına orta məktəbdə baş verib. Belə ki, ötən ilin iyun ayında, məzuniyyət tədbirində müəllimlərin içki məclisi təşkil etdiyi üzə çıxıb. Görüntülərdə müəllimlərin məktəb həyətində şampan açdığı və içki içib rəqs etdikləri görünür. Həmin kadrlar valideynlərin kəskin etirazına səbəb olub. Bundan sonra İzmir Milli Təhsil İdarəsi tərəfindən araşdırma başladılıb. 6 müəllim və 4 məktəb işçisi işdən azad edilib.
Oxunub: 139
Xəbəri paylaş
Paylaş: