Almaniya bu ölkənin də vətəndaşlarını deport edir
Almaniya hökuməti fevralın 23-də keçiriləcək növbədənkənar seçkilərdən əvvəl əfqan miqrantların daha bir qrupunu təyyarə ilə öz ölkələrinə göndərməyi planlaşdırır. Mediaxeberleri.Az “Tagesschau”ya istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi növbəti deportasiyanın seçkilərlə bağlı olmadığını açıqlayıb. Bildirilib ki, məqsəd cinayətkarları və təhlükəli şəxsləri ölkədən çıxarmaqdır. Qeyd edək ki, bu, Taliban rejiminin ötən ilin avqustunda ölkədə hakimiyyəti ələ keçirməsindən sonra ikincin deportasiya olacaq. Avqustun sonunda Almaniya ilk dəfə olaraq bu ölkədən olan miqrantları deportasiya edib və ağır cinayətlər törətməkdə təqsirli bilinən 28 nəfəri öz ölkələrinə geri göndərib. Daha öncə suriyalıların ölkə ərazisindən çıxarılması prosesi həyata keçirilib.