Bolu yanğını ilə bağlı daha iki məmur saxlanıldı
Türkiyədə Bolu vilayətinin bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə xidmətinin rəis müavini saxlanılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Məlumata görə, saxlanılma yanğınla bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Qeyd edək ki, Qartalqaya turizm mərkəzində baş vermiş yanğın nəticəsində 76 nəfər həlak olub. Daha öncə otelin sahibi də daxil olmaqla, 9 nəfər saxlanılmışdı.
Oxunub: 71
Xəbəri paylaş
Paylaş: