Bu türk ölkəsinin paytaxtı köçürülə bilər
Qırğızıstanın paytaxtı Bişkekdən köçürülə bilər. Mediaxeberleri.Az xəbər verir ki, bu təkliflə Qırğızıstan deputatı Bakıtbek Maripov çıxış edib. O qeyd edib ki, paytaxt başqa bir yerə köçürülə və Nazirlər Kabineti də orada yerləşdirilə bilər: "İssık-Kul vilayətində Asman şəhəri tikilir. Bu layihəyə 10 milyard dollar investisiya cəlb olunur. Bişkekdən dəmir yolunun köçürülməsi üçün 550 milyon dollar tələb edilir. Dolama yolun tikintisi ilə birlikdə isə 1 milyard dollardan çox vəsait lazımdır”. Deputat paytaxtın köçürülməsi ilə tıxac probleminin də aradan qaldırılacağını vurğulayıb.
Oxunub: 141
Xəbəri paylaş
Paylaş: