Bu ölkədə çaxnaşma: Yeni virus aşkarlandı
İngiltərədə “Clade 1b mpox” (meymun çiçəyi) variantında yeni bir virus aşkarlanıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb. Yoluxma Şərqi Susseksdə qeydə alınıb. Bildirilir ki, xəstə bu yaxınlarda Uqandadan qayıdıb. Bu, 2024-cü ilin oktyabrından bəri İngiltərədə qeydə alınan altıncı “Clade 1b” hadisəsidir. Bununla belə, rəsmilər İngiltərədə riskin aşağı səviyyədə qaldığını vurğulayıblar. Rəsmilərin riskin az olması ilə bağlı açıqlamalarına baxmayaraq, ictimaiyyət narahatdır.
Oxunub: 58
Xəbəri paylaş
Paylaş: