Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı
Şəkidə intihar hadisəsi olub. Mediaxeberleri.Az xəbər verir ki, rayonun Çayqaraqoyunlu kənd sakini 1995-ci il təvəllüdlü Bayramov Sərxan Oruc oğlu özünü Baş Göynük kəndi ərazisində yaşadığı fermada asıb. Onun meyiti dünən axşam saatlarında tapılıb. Hadisənin səbəbi hələlik məlum deyil. S.Bayramovun 3 azyaşlı övladı yadigar qalıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: