Ermənistan bu zavodu işə salır: Azərbaycanın tələbindən sonra köçürmüşdü
Metallurgiya zavodu demək olar ki, hazırdır və yaxın vaxtlarda işə salınacaq. Mediaxeberleri.Az xəbər verir ki, bunu yanvarın 13-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib. O, əmin edib ki, 2025-ci ilin fevralından mart ayına kimi irimiqyaslı istehsala keçmək planlaşdırılır. "Zavod yüksək keyfiyyətli hazır məhsullar istehsal edəcək", - Papoyan qeyd edib. O bildirib ki, zavoda 40-50 milyon dollarlıq investisiya qoyulub. Qeyd edək ki, bu zavod Azərbaycanla sərhəddə yerləşirdi və ekologiyaya böyük ziyan vururdu. Azərbaycanın israrlı təkidlərindən sonra Ermənistan bu zavodu Aarat rayonunun Ararat icmasına köçürüb.
Oxunub: 42
Xəbəri paylaş
Paylaş: